• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil işçiləri Bakı Marafonunun ilk onluğunda

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonunda iştirak edərək uğur qazanıblar. İştirakçılardan üç nəfər ilk onluqda yer alıb. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Elman Abışov III yer, “Ankara məktəbi” məktəb-liseyinin fiziki tərbiyə müəllimi Namiq Əsədov  V yer, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin aparıcı mütəxəssisi Tural Sadıqlı  isə VIII yeri tutub. Sonda təşkilatçılar tərəfindən qaliblərə medal və mükafatlar təqdim olunub. “Bakı Marafonu 2019” layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etməkdir.

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

Xəbər verildiyi kimi, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Xəsarət almış şagirdlərə isə Allahdan şəfa diləyirik.

Saatlıda məktəb açılışı

Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, əsaslı təmir olunan məktəb binasında şagirdlərə təhsil almaq üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov çıxışında bildirib ki, son bir neçə il ərzində ölkəmizdə 4500-ə yaxın məktəbdən təxminən 3000-i əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Əhliyət Adıgözəlov təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin  yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, 624 şagird yerlik 2 mərtəbəli məktəb binası 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi hazırlıq otağı, tibb məntəqəsinə malikdir.  Məktəbdə idman zalı, sanitar qovşaqlar və yeməkxana istifadəyə verilib.   Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb, açıq idman meydançası tikilib. Məktəbin dam örtüyü dəyişdirilib, binada müasir istilik sistemi quraşdırılıb. Təhsil müəssisəsi lazımi avadanlıqlarla təchiz edilib. Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

Şamaxı Safari Parkına ekskursiya

Mayın 4-də Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin bir qrup şagirdinin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub. Ekskursiyanın keçirilməsində məqsəd uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olanların qorunması, onlara qayğının təbliği, müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb. Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi və Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr və aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub.  

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyi “Məktəbimizdə” adlı yeni fotorubrikaya start verir. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir günü ilə sizi tanış etməkdir.  İlk görüntülər Bakının Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdəndir.  

Olimpiadaçılarımız 5 medalla qayıdır

Moldovanın paytaxtı Kişinyov şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar.   Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş medala layiq görülüblər. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər. Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.

Tələbə-könüllülər yeni aksiyaya başlayır

“BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiyaya start verilir. Aksiyanın məqsədi işğalından 27 il ötən Şuşanı tanıtmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaqdır. Aksiya çərçivəsində “BİR” tələbə-könüllülər Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdıracaqlar. Mayın 9-dək davam edəcək aksiyaya qoşulan hər kəs Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi#shushamemories həştəqləri ilə sosial şəbəkədəki şəxsi səhifələrində paylaşacaqlar. Aksiya çərçivəsində şuşalıların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanacaq. Hər kəs aksiyaya qoşulmağa dəvət olunur.   Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad olunması barədə sərəncam

“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncam barədə danışılır. Verilişin qonağı Təhsil nazirinin müavini İdris İsayevdir.  

Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar təhsil haqqından azad olunub

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Sərəncama əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur. Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələrində təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq üçün ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmin qanuna əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. 2018-ci ildə qəbul edilmiş “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normalar yer almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz həmyaşıdları ilə eyni formada təhsilə cəlb edilməsi məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi onların maddi rifah halını daha da yaxşılaşdıracaqdır.

Avropa Olimpiada tarixində bir ilk

Bakı məktəblisi Fidan Qarayeva ən gənc qalibdir   Son illər Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir. Bu günlərdə daha bir məktəbli uğura imza atıb. Bakı məktəblisi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının, sadəcə, qaliblərindən biri olmaqla qalmadı, üstəlik, bu olimpiadanın tarixinə öz yaşı ilə adını yazdı. 13 yaşlı bürünc medal sahibi Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi düşüb. Fidanın adı ölkə mətbuatında indi əks-səda versə də, əslində, barəsində artıq yazılıb. Biz  Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzində tanıdıq onu. Əvvəlcə adını müəllimindən eşitdik. Boş vaxtlarında hazırlıq mərkəzində dərslərə qatılaraq uşaqlara olimpiadada qalib gəlməyin yollarını öyrədən, özü tələbə olsa da, olimpiada qalibi olaraq təcrübəsini məktəblilərlə bölüşən İsmət Ağayev danışmışdı ondan. Hazırlıq keçdiyi uşaqlar arasında fərqləndirdiyi adlardan biri də onun adı idi: “Bu uşaqların arasında həm istedadlı, həm də çalışqan uşaqlar çoxdur. Özü də bizim X-XI sinifdə öyrəndiklərimizi artıq IX, hətta VII sinifdən öyrənməyə başlayıblar. Dərs dediyim qrupda 7-ci sinif şagirdi olan Fidan Qarayevanın xüsusi istedadı var. Hamıdan balaca olsa da, imtahanda ən yaxşı nəticə göstərən 4-5 nəfərdən biri olub. İnanıram ki, növbəti imtahanda birinci olacaq”. İsmət Ağayevin barəsində qürurla danışdığı kiçik qızla həmin vaxt biz də tanış olduq. Hazırda Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə təhsil alır. Seçim mərhələsində iştirak edib və olimpiadalara hazırlıq mərkəzində məşq keçmək hüququ qazanıb. Mütəxəssislər hesab edir ki, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır. Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Bu təcrübəyə əsaslanan müəllimləri o gün də Fidanın tezliklə özündən böyüklərlə yarışdan qalib çıxacağına inamla danışdılar.   Bu da imtahan, bu da nəticə   O, Ukraynada keçirilən 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının qalibidir. Özü də 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalibi.  36 ölkədən 196 şagirdin qatıldığı olimpiadada ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak ediblər. Olimpiada iki gün keçirilib. “Hər gün çox çətin olan 3 misal verilmişdi. Amma mən onları həll etdim”, - deyən Fidan Qarayevanın sözlərinə görə, riyaziyyatdan istedadı 7 yaşından üzə çıxıb. Artıq 8 yaşından kvadrat tənliyi həll etməyə başlayıb: “Atam riyaziyyatçıdır. Meksikada universitet müəllimidir. Riyaziyyatı uşaqlıqdan atamdan öyrənmişəm. Azərbaycana qayıdandan sonra riyaziyyatla həm evdə, həm məktəbdə, həm də beynəlxalq olimpiadaya hazırlıq mərkəzində məşğul olmuşam”. Fidanın bürünc medalı 2016-cı ildən bu olimpiadada iştirak edən məktəblilərimizin ilk medalıdır. Ancaq bu, Fidanın ilk medalı deyil. İlk dəfə 9 yaşında olimpiadaya qatılan Fidan Meksikada keçirilən riyaziyyat olimpiadasında qızıl medal qazanıb. Fidan sadəcə riyaziyyatçı olmaqla kifayətlənmir, dil öyrənməyi, mütaliə etməyi də sevir: “Boş vaxtlarımda riyaziyyatdan çoxlu misallar işləyirəm. Bir də ispan dilində kitablar oxuyuram”.   Təhsil naziri ilə görüş   Dünən Təhsil naziri Ceyhun Bayramov VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb. Nazir qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Təhsil naziri onun dərsləri, eləcə də olimpiadalara hazırlığı ilə maraqlanıb. Təhsil nazirinə arzularından danışan Fidan Qarayeva qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etmək niyyətindədir.   ***   “Niyyətin hara, mənzilin ora”, - deyib babalarımız. Yolun açıq olsun, Fidan Qarayeva. Hər qələbəni tarix yazsın.   "Azərbaycan müəllimi"

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı