SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil işçiləri Bakı Marafonunun ilk onluğunda
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonunda iştirak edərək uğur qazanıblar.
İştirakçılardan üç nəfər ilk onluqda yer alıb. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Elman Abışov III yer, “Ankara məktəbi” məktəb-liseyinin fiziki tərbiyə müəllimi Namiq Əsədov V yer, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin aparıcı mütəxəssisi Tural Sadıqlı isə VIII yeri tutub.
Sonda təşkilatçılar tərəfindən qaliblərə medal və mükafatlar təqdim olunub.
“Bakı Marafonu 2019” layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etməkdir.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl