• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı onlar təmsil edir

  Bakıda dünyanın 5 böyük olimpiadasından biri - Beynəlxalq İnformatika Olimpiadası  (IOI) başlayıb. Bu yarışda ölkəmiz adına 4 şagird mübarizə aparır. Hər biri respublika fənn olimpiadalarında kəşf olunan təmsilçilərimizi daha yaxından tanıyaq.       Abutalıb Namazovun bu yarışda Azərbaycana medal qazandıracağına böyük ümidlər var. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi olan Abutalıb indiyədək həm respublika, həm də beynəlxalq fənn olimpiadalarında böyük uğurlar qazanıb. Respublika Fənn Olimpadalarında 2015-2016-cı tədris ili üzrə keçirilən informatika fənni üzrə iştirak edən Abutalıbın ilk medalı bürüncdən  olub. 2016-2017-ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə də qatılıb və bu fənn üzrə bürünc, informatika fənni üzrə qızıl medala layiq görülüb. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə gümüş medal, informatika fənni üzrə qızıl medal əldə edib. Ötən il, 2018-2019-cu tədris ili informatika fənni üzrə qızıl medal qazanıb. Abutalıbın beynəlxalq olimpadalarda əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Bolqarıstanda keçirilən EJOİ informatika fənni üzrə yeniyetmələrin I Avropa, Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasının riyaziyyat fənni üzrə, Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa olimpiadalarının bürünc medalçısıdır. Abutalıb Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadasında İnformatika fənni üzrə gümüş medal qazanıb.   İbrahim Tağızadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Ölkəmizdə həm 2017-2018-ci, həm də 2018-2019-cu tədris ilində  informatika fənni üzrə keçirilən olimpiadaların gümüş medalçısıdır. İbrahim Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Beynəlxalq Meqapolislər olimpiadalarına qatılaraq hər iki yarışda bürünc medal qazanıb.     Murad Eynizadə də Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X  sinif şagirdidir. Respublika Fənn Olimpadalarında uğur qazanmağa 2016-2017-ci tədris ilindən başlayıb. İnformatika fənni üzrə həmin il qızıl medal, 2017-2018-ci tədris ilində gümüş medal, 2018-2019-cu tədris ilində qızıl medal qazanıb. Beynəlxalq səviyyədə Azərbaycanı Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadalarında təmsil edib. Birinci yarışda bürünc medal, ikinci yarışda isə gümüş medal əldə edib.      Nəhayət, Fərhad Əzimov Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdidir. Fərhad indiyədək Respublika Fənn Olimpadalarında uğur qazanıb. Belə ki, 2016-2017-ci tədris ilində keçirilən respublika fənn olimpiadasında  informatika fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində  informatika fənni üzrə gümüş medal, 2018-2019-cu tədris ilində  gümüş medal əldə edib. Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası onun beynəlxalq səviyyədə qatıldığı ilk yarışdır. Komandamıza uğurlar arzulayırıq.       "Azərbaycan müəllimi"                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Avqustun 6-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlayıb. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçirilir. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi

Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılış mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktubda deyilir: "Hörmətli olimpiada iştirakçıları, əziz məktəblilər. Sizi – dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış XXXI Beynəlxalq informatika olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm. Ümidvaram ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcəkdir. Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya-kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərindən birinə çevrilmişdir. İnformatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırmışdır. Beynəlxalq informatika olimpiadası bu baxımdan qarşınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə, əlbəttə, ciddi təsir göstərəcəkdir. Hazırkı olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyildir. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq, son illər ərzində ümumilikdə yüz altmış medal qazanmışlar. Bu olimpiada günlərində siz, eyni zamanda, Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi-mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiniz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm. İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız". Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”-a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif beynəlxalq və regional yarış, tədbirlərə evsahibliyi etdiyini xatırladan Ceyhun Bayramov bildirib ki,  ölkədə keçirilən bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır. Ölkəmizin beynəlxalq elmi olimpiada uğurlarından söz açan Təhsil naziri bildirib ki, son 6 ildə şagirdlərimiz bu olimpiadalardan 150-dən çox medal gətirib və bu medalların sayının artacağına ümid bəslənilir.  Beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayan Ceyhun Bayramov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb. ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır. Hafiz Paşayev qeyd edib ki, informatika üzrə beynəlxalq olimpiada gələcək kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir. IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyərləri barədə söz açıb. Tədbirin rəsmi qlobal sponsoru “Acer” şirkətinin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti  Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. Daha sonra 88 ölkə və regiondan olan “IOI 2019” nümayəndə heyətləri təqdim olunublar. Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru “ACER”in fəaliyyətinə və Bakıya həsr olunmuş  videoçarxlar nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.  Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək. Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).

31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI)  açılış mərasimi (videoçarx)

Müəllimlərin işə qəbulu üzrə keçid bal

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Belə ki, musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42,  fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib.  Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib. Müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə tezliklə məlumat veriləcək.

31-ci Beynəlxalq İnformatika

Bakı nüfuzlu bilik yarışmasına evsahibliyi edir. 88 ölkənin təmsilçiləri artıq ölkəmizdədir. Bu gündən başlayan 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək.  

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Avqustun 5-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilir. Peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində ASAN xidmət mərkəzlərində təşkil ediləcək.  “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaq. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.  Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.  

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına evsahibliyi edir

Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) evsahibliyi edir. Olimpiadanın iştirakçıları avqustun 4-dən Bakıya gəliblər. Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.   AZƏRTAC  

Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşıb

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib. İmtahanlarda iştirak edən Günel Həmidova 52 bal toplayaraq namizədlər arasında ən yüksək nəticə göstərib. Günel Həmidova Qubadlı rayonu Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimidir. Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Avqustun 2-də Təhsil nazirinin müavini Firudin Qurbanov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsinə (transfer) aid məsələlər ilə bağlı müraciət ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib. Firudin Qurbanov həmçinin Masallı Uşaq - Gənclər İdman Şahmat Məktəbi, Uşaq yaradıcılıq və inkişaf mərkəzi və Masallı Dövlət Regional Kollecində yaradılan şəraitlə tanış olub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı