SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə ikili diplom proqramına əsasən, “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu elan edilir. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universitetinin magistratura səviyyəsi üzrə birgə ikili diplom proqramına müraciət etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ayrıca imtahan keçiriləcək. 2020-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanda bakalavriat səviyyəsinin “Təhsil” ixtisasları, “Humanitar və sosial” ixtisaslar, “İqtisadiyyat və idarəetmə” ixtisasları və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən və 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları iştirak edə bilərlər. Qeyd olunan ixtisas qrupları üzrə müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz. 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak edərək müsabiqə şərtlərini ödəyən, lakin daha əvvəl sözügedən proqrama ADPU tərəfindən aparılan sənəd qəbulunda iştirak etməyənlər də proqrama müraciət edə bilərlər. İkili diplom proqramında təhsil almaq istəyən namizədlərin müraciətlərinin qəbulu ADPU tərəfindən 20 iyul 2020-ci il tarixinədək davam etdirələcək. Müvafiq elanla keçiddən tanış ola bilərsiniz.
17/06/2020 16:08
"Abituriyentlər üçün dərs vaxtı"nın 18 iyun cədvəli
“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 18 iyun cədvəlini təqdim edirik. Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.
17/06/2020 15:50
İnformatika fənni üzrə Respublika fənn olimpiadalarının final turu
İyunun 17-də Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçirilib. Bakı Mühəndislik Universitetində baş tutan final mərhələsində ümumilikdə 72 şagird iştirak edib. İştirakçılara təqdim edilən 5 alqoritmik məsələnin həlli üçün 5 saat vaxt verilib. Şagirdlər 2 yarımqrupda yuxarı yaş qrupu və aşağı yaş qrupu üzrə yarışıblar. Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
17/06/2020 14:05
Yunanıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
Yunanıstan Respublikasının Afina Universiteti 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Proqram çərçivəsində “Qədim Yunanıstan arxeologiyası, tarixi və ədəbiyyatı” üzrə bakalavriat səviyyəsində təqaüdlü təhsil almaq istəyənlər üçün son müraciət tarixi 30 iyundur. Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
17/06/2020 12:30
Milli Qurtuluş Gününə həsr olunmuş beynəlxalq "dəyirmi masa" keçirilib
İyunun 16-da Təhsil Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş dünya ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclər üçün onlayn beynəlxalq "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar-xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada rolunun möhkəmlənməsi, mədəniyyət, idman, incəsənət, elmin sürətli inkişafı, həmçinin onun tarixi qayıdışı ilə Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırmaqdan ibarət olub. COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilən tədbirin açılışında Təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçılara videomüraciət ünvanlayıb. Firudin Qurbanov müraciətində "dəyirmi masa" iştirakçılarını 15 iyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib, bu əlamətdar günün ölkəmiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edilib ki, daim xalqına arxalanan, dayaq olan Heydər Əliyev ölkədə olduqca mürəkkəb ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini möhkəmləndirdi və inkişaf təməlini qoydu. Ulu öndərin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözlərini xatırladan nazir müavini milli qurtuluş ideologiyası təntənəsinin müstəqil respublikamızın indiki davamlı inkişafında özünü biruzə verdiyini vurğulayıb. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Həmçinin uşaqların hərtərəfli inkişafına, vətənpərvər vətəndaş kimi formalaşmasına, gələcəkdə cəmiyyətə çevik inteqrasiyası üçün müvafiq bilik və bacarıqlara yiyələnməsinə böyük önəm verildiyini, təhsil sisteminin sürətli inkişafı sayəsində uşaq və gənclərimizin beynəlxalq səviyyədə uğurlarının getdikcə artdığı vurğulanıb. Gənclərimizin elm, təhsil, incəsənət və idman sahələrində əldə etdikləri böyük nailiyyətlərin Azərbaycanın dünyaya tanıdılması, milli və mədəni irsimizin tərənnüm edilməsi istiqamətində atılan ciddi addımlar olduğunu bildirən nazir müavini ölkəmizdə elm, texnologiya, incəsənət, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən beynəlxalq və respublika səviyyəli forum, konfrans, müsabiqə, yaradıcılıq festivalları, sərgi, elmi-tədqiqatçılıq və maarifləndirmə layihələri həyata keçirildiyini "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, əsas məqsədin dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, eyni zamanda azərbaycanlı uşaqlar və gənclər arasında birlik, əməkdaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək, vətənimizin hüdudlarından kənarda xalqımızın milli dəyərlərinin və ənənələrinin qoruyub saxlamaqdan ibarət olduğunu bildirib. Firudin Qurbanov "dəyirmi masa" iştirakçılarının ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən tədbirlər haqqında məlumat alacaqlarını, öz həmyaşıdları ilə möhkəm dostluq əlaqələri yaradacaqlarını, eyni zamanda harada yaşamasından asılı olmayaraq azərbaycanlı uşaqlar və gənclərin Ulu öndər Heydər Əliyevin əziz xatirəsini, milli dəyərlərimizi, milli-mədəni irsimizi və mədəniyyətimizi ləyaqətlə qoruyub saxlayacaqlarından əminliyini ifadə edib, "dəyirmi masa"nın işinə müvəffəqiyyətlər və uğurlar arzulayıb. Tədbirdə Azərbaycan təhsili, idmanı, incəsənəti, intellektual inkişafı və mədəniyyətin müxtəlif sahələrində xüsusi töhfələr vermiş uşaq və gənclərin iştirakı ilə yanaşı Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Ukrayna, Almaniya, Macarıstan, Əlcəzair, İordaniya, Oman Sultanlığı, Pakistan, Şimalı Kipr Türk Respublikası, Tailand Krallığı, Türkiyə, İngiltərə, Kanada və Amerika Birləşmiş Ştatlarından 9-14 yaşlı ümumilikdə 100 məktəbli iştirak edib. Onlayn tədbirdə iqtisadi və siyasi cəhətdən daim inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənə, xalqa, millətə və ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə edilməsi, milli irsimizin və müstəqilliyimizin ləyaqətlə qorunub saxlanılması haqqında sənədli film nümayiş etdirilib. Bundan əlavə "dəyirmi masa"da yuxarıda qeyd olunan istiqamətlər üzrə nailiyyətləri olan uşaqlar çıxış edib, müzakirələr aparılıb.
17/06/2020 11:58
Anke den Ouden: "Azərbaycan təhsil sahəsində ən innovativ ölkələrdən biridir"
"Siz təhsil sahəsində ən innovativ ölkələrdən birisiniz. Biz bu işi davam etdirmək istərdik". Bu sözləri "Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə “Multicountry” klasterinin baş meneceri Anke den Ouden iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən videokonfrans zamanı deyib. Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıqdan danışan, təmsil etdiyi şirkət tərəfindən hazırlanan innovasiyalar barədə məlumat verən Anke den Ouden "Teams” proqramının təhsil işçiləri, eyni zamanda, müəllimlər üçün çox faydalı olduğunu vurğulayıb:" Biz nəinki Azərbaycan dilinin dəstəklənməsinə sadiqik, eyni zamanda, “Teams” proqramının məlumatlarının dəstəklənməsini də öz öhdəliyimiz kimi görürük".
17/06/2020 11:00
Filip Roq: "Nazirlikdəki təhsil işçiləri ilə görülən işdən qürur duyuram"
"Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik". Bu sözləri “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən videokonfrans zamanı deyib. Şirkətin vitse-prezidenti Filip Roq Azərbaycanın Təhsil Nazirliyi ilə görülən işlərdən qürur duyduğunu diqqətə çatdırıb: " Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram". Filip Roq çıxışında digər ölkələrdə rastlanan problemlərlə Azərbaycanda qarşılaşmadıqlarını da deyib: " Digər ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur. Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir".
17/06/2020 10:45
Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"
"Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və şirkətin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib. Ölkə başçısı mövcud vəziyyətlə əlaqəli təhsil sahəsində müəyyən addımlar atıldığını da vurğulayıb: "Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq".
17/06/2020 10:15
"Abituriyentlər üçün dərs vaxtı"nın 17 iyun cədvəli
“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 17 iyun cədvəlini təqdim edirik. Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.
16/06/2020 14:26
Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş "dəyirmi masa"lar
4-12 iyun tarixlərində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji heyəti tərəfindən dərnək üzvləri üçün Azərbaycanın görkəmli yazıçısı, dövlət xadimi, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş onlayn "dəyirmi masa"lar təşkil edilib. Məqsəd Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, xatirəsini əziz tutmaq, həmçinin uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub. "Dəyirmi masa"larda uşaq-gənclər inkişaf mərkəzlərindən müxtəlif dərnəklər üzrə ümumilikdə 1000-ə yaxın dərnək üzvü, 70-dən artıq pedaqoji heyət iştirak edib. Pedaqoji heyət tərəfindən Nəriman Nərimanovun bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən danışılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb, həmçinin yazıçının elmi əsərlərindən nümunələr səsləndirilib, dərnək üzvlərinin hazırladıqları rəsmlər, videoçarxlar nümayiş olunub.
16/06/2020 11:23
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı