• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlayn müsahibələrin keçirilmə tarixi 

İyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək.  Namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb. Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.

Uşaq-gənclər idman-şahmat məktəblərində keçid normativlərinin qəbulu

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərində 2019-2020-ci tədris ilinin yekunu olaraq qrupdan-qrupa keçid normativlərinin qəbulu təşkil edilib. Normativlərin qəbulu "Microsoft Teams” platforması üzərindən hər idman bölməsi üzrə məşqçi-müəllim və idmançılar arasında görüntülü və səsli əlaqənin yaradılması, məşqçi-müəllimlərin verdiyi tapşırığa uyğun olaraq qrup üzvləri tərəfindən müvafiq idman hərəkətlərinin icra edilməsi şəkilində aparılıb.  23 iyun 2020-ci il tarixindən təşkil edilən normativ qəbulunda iştirak üçün Təhsil Nazirliyinin birbaşa tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəbləri üzrə 28 idman növündə 796 məşqçi-müəllim qeydiyyatdan keçib, qrup üzvlərinin sayı 8 mindən çox təşkil edib. Ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tədris, təlim-tərbiyə prosesinin dayandırıldığı nəzərə alınaraq, 2019-2020-ci tədris ilində idman məktəblərində məşğul olan idmançıların növbəti tədris qrupuna keçirilməsini təmin etmək məqsədilə keçid normativlərinin aparılması onlayn formatda təşkil edilib. Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar tədris prosesində yaranmış fasilə dövründə uşaq-gənclər idman-şahmat məktəblərində tədrisin davamlılığı, idmançıların fiziki hazırlıqlarının təmin edilməsi məqsədilə 1 aprel tarixindən ayrı-ayrı bölmələr üzrə idmançılar üçün onlayn formatda dərslər təşkil edilib. Məşqçi-müəllimlər müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edib, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın ayrı-ayrı növləri üzrə müəssisələrin dərs cədvəlinə uyğun məşq prosesi təşkil ediblər. 

1700-dən artıq  müəllimin iştirakı ilə onlayn forum

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib. "Virtual məktəb" platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb. Forumda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri Bəxtiyar Əliyev və Şahin Seyidzadə də iştirak edib.  Koronavirus pandemiyası ilə əlaqədar distant təhsil formatına keçən Azərbaycan təhsil sistemi və müvafiq istiqamətdə görülən işlər haqqında geniş məlumat verən Təhsil naziri Ceyhun Bayramov bu dövrdə təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması üzrə teledərslər, videodərslər və digər elektron tədris resurslarından səmərəli istifadə olunduğunu xüsusi qeyd edib. “Dərs vaxtı” və “Virtual məktəb” imkanları vasitəsilə təhsilalanların təhsildən geri qalmaması, təhsilverənlərin böyük zəhmət və fədakarlıqlarından söz açan Təhsil naziri post-pandemiya dövrü üçün təhsil sisteminin əsas hədəflərini açıqlayıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Təhsil sahəsində yeni çağırışlar və əsas istiqamətlər haqqında danışan millət vəkili Bəxtiyar Əliyev bu müddətdə qanunverici orqanda da təhsil sahəsində bir çox normativ-hüquqi sənədlərin hazırlanaraq qəbul olunduğunu bildirib. Millət vəkili qeyd edib ki, rəhbəri olduğu Elm və təhsil komitəsi pandemiya şəraitində təhsillə bağlı bir sıra onlayn görüş, iclas və tədbirlər təşkil edib. Bəxtiyar Əliyev Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda çalışdıqlarını və birgə addımların atılması istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirib.  Millət vəkili Şahin Seyidzadə tədris ilində görülən işlər, pandemiya şəraitində ənənəvi təhsilin virtual təhsilə transferi, post-pandemiya dövrü üçün fəaliyyətlər, o cümlədən, onlayn platformalarda müəllimlərin və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verib, təhsil işçilərini və AGMA-nı gələcək addımlarda təşəbbüs və təkliflərlə çıxış etməyə dəvət edib.  Sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının keçdiyi yol və gördüyü işlər, pandemiya şəraitində və post-pandemiya dövrü üçün fəaliyyəti, gələcək tədbirlər barədə təqdimat olub.  Forum qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib. 

UFAZ-da onlayn formatda ilk "Məzun Günü"  

İyulun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk "Məzun Günü" keçirilib.    "Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru İrini Tsamadu Jakoberger, ADNSU-nun rektoru Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əskərov, baş katib Şarlot Payen, yerli və xarici müəllim heyəti, məzunlar, tələbələr və əməkdaşlar iştirak edib.   Təhsil naziri Ceyhun Bayramov çıxışında fransız həmkarlarla birgə səylər sayəsində əldə edilən müsbət nəticələrdən söz açıb. Nazir bildirib ki, bu əməkdaşlıq Fransa və Azərbaycan arasındakı əlaqələri inkişaf etdirəcək, həm də Azərbaycanda insan kapitalının inkişafına töhfə verəcək. Ceyhun Bayramov qeyd edib ki, UFAZ Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərdə uğur hekayəsi kimi də qiymətləndirilə bilər. Fransanın Azərbaycandakı səfiri Zakari Qros da öz növbəsində bütün UFAZ tələbələrini məzun olmaları münasibətilə təbrik edib. Zakari Qros qeyd edib ki, biz tədricən Fransa-Azərbaycan tədqiqatçılarının, işçilərinin, mühəndis və alimlərinin böyüyən cəmiyyətini təşkil edə biləcəyik. Onlayn tədbirə qoşulan Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev UFAZ-ı iki ölkə arasındakı strateji tərəfdaşlığın çox vacib və güclü simvolu kimi qiymətləndirib. ADNSU-nun rektoru Mustafa Babanlı da "Məzun Günü" ilə bağlı hər kəsi təbrik edərək deyib ki, UFAZ öz tələbələrini verdiyi elmi bilik və peşə bacarıqlarından əlavə həm də həyata hazırlayır.  Daha sonra çıxış edən Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru xanım İrini Tsamadu Jakoberger, UFAZ-ın baş katibi Şarlot Payen UFAZ layihəsini vacib bir nailiyyət kimi qiymətləndirib, məzunları təbrik edib və bütün kollektivə təşəkkür ediblər. Çıxışlardan sonra UFAZ-ın 4 illik fəaliyyəti ərzində maraqlı anların və tələbələrin uğurlarının əks olunduğu şəkillər və videogörüntülər nümayiş olunub.   Tədbirin davamında oxuduqları ixtisaslar üzrə yaxşı nəticə göstərən tələbələrdən İradə Bünyatova, Süleyman Qafarlı və Məryəm İsmayılova UFAZ haqqında təəssüratlarını bölüşüb. Qeyd edək ki, 2016-cı ildə UFAZ-ın I kursuna qəbul olan 141 tələbədən 125 nəfəri bu il məzun olur. UFAZ-ın 2020-2021-ci il magistratura pilləsinə qəbul olan 80 tələbədən 47 nəfəri UFAZ tələbəsidir. 10 UFAZ tələbəsi TOTAL təqaüdünü qazanaraq Fransanın ən aparıcı universitetlərində magistratura pilləsi üzrə təhsil almaq imkanı əldə ediblər. 10-dan çox tələbə müxtəlif xarici universitetlərin magistratura pilləsinə qəbul alıb. UFAZ-ın 17 tələbəsi öz ixtisası üzrə iş tapmağa nail olub. Xatırladaq ki, UFAZ Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə 2016-cı ildən fəaliyyətə başlayıb. UFAZ-da təhsil alan tələbələr ADNSU ilə yanaşı Fransanın Strasburq və Renn-1 universitetlərinin də diplomlarını əldə edirlər. 2020-ci ilin sentyabr ayından etibarən tədris olunacaq magistratura proqramlarında da iki diplom təmin edilir. 

"Abituriyentlər üçün dərs vaxtı"nın 9 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  9 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Məktəb seçiminə start verilib

İyulun 8-də tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilib. Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Məktəb seçimi zamanı hər hansı sualla qarşılaşan valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yaza və ya iş günləri ərzində Təhsil Nazirliyinin 146-1 "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təsis edilməsi nəzərdə tutulur. Məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindən ibarətdir. Təhsil Nazirliyinin SABAH qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq, ADBTİA çərçivəsində 2020-2021-ci tədris ili üçün xüsusi qruplar açılır. Birgə razılığa əsasən, ilkin olaraq “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar müvafiq qrupların formalaşdırılması, tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi prosesinə start verilir.   Qeyd edək ki, SABAH qrupları layihəsi təhsil sistemində 2014-cü ildə yaradılan innovativ layihədir. 2019-cu ilin statistikasına əsasən, SABAH məzunlarının  böyük bir hissəsi (Müraciət edənlərin 88 faizi)  ölkə daxili və xaricində (Müraciət edənlərin 96 faizi) magistraturaya qəbul olub, dövlət (Müəllmlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin 78 faizi) və özəl sektorun müxtəlif sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərir. Azərbaycan təhsil sistemində artıq özünü doğrultmuş SABAH qrupları layihəsinin 6 illik təcrübəsindən istifadə edilməsi ADBTİA-da istedadlı tələbələrdən ibarət xüsusi qrupların yaradılmasına və uğurla fəaliyyət göstərməsinə əsaslar yaradır.  

"Abituriyentlər üçün dərs vaxtı"nın 8 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  8 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

İyulun 12-dən “Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə start veriləcək. Təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir. Təlimlər hər həftənin çərşənbə və bazar günləri  Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, riyaziyyat, informatika, fizika, biologiya, coğrafiya, ingilis dili, rus dili, fransız dili olmaqla 10 ixtisas üzrə keçiriləcək.  Təlimlər barədə ətraflı məlumat hər həftə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində paylaşılacaq.  Müəllimlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu təlim xidmətindən Azərbaycan və rus bölmələri üzrə  müəllimlər faydalana bilərlər. Qeyd edək ki, yuxarıda adları qeyd olunan təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Rəqəmsal bacarıqların inkişafı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi təlim və vebinarlar təşkil olunur.

Peşə təhsili müəssisəsində bir ilk

2020-2021-ci tədris ilindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılacaq. Belə ki, 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə təhsili haqqında" Qanuna əsasən peşə təhsili müəssisələrində yüksək texniki peşə - subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulur.  Mərkəzdə “Avtomobil diaqnostikası və təmiri ustası” və “Veb-dizayner və proqram təminatçısı” ixtisasları üzrə 3 illik subbakalavr dərəcəsində yüksək texniki peşə təhsili təklif olunur. Subbakalavr səviyyəsinə yiyələnmək istəyən, tam orta təhsil bazasını bitirmiş şəxslər Mərkəzin rəsmi internet saytı vasitəsilə (http://bii.edu.az/) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı