• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır. Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Rəşadətli Ordumuzun zəfəri

.

"Dərs vaxtı"nın 19 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 19-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

.

17 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

Erməni hücumu nəticəsində dağılan daha bir məktəb

Ermənistan Silahlı Qüvvələrinin oktyabrın 17-si gecə saat  01:00 radələrində Gəncəyə yenidən  raket hücumu nəticəsində böyük dağıntı və insan tələfatı qeydə alınıb. Hücum nəticəsində Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb də ciddi dağıntılara məruz qalıb. Hadisə gecə saatlarında baş verdiyindən məktəbdə xəsarət alan olmayıb. Qeyd edək ki, 3 mərtəbəli əsas bina və 2 əlavə korpusdan ibarət məktəbdə 1006 şagird təhsil alır.

Rəşadətli Ordumuzun zəfəri

.

Ermənilərin Gəncədə törətdiyi növbəti terror

Düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 3 uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfərədək şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Hazırda zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Bu terror zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik!

Rəşadətli Ordumuzun zəfəri

.

Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyü təsdiq edilib

Azərbaycanın nümayəndə heyəti “World Skills International” (WSI) təşkilatının Ümumi yığıncağına qatılıb. Görüş WSI təşkilatının İdarə heyətinin, regional qurumlar və üzv dövlətlərin, eləcə də tərəfdaş təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil edilib. Tədbir zamanı Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi Ümumi yığıncaq tərəfindən təsdiq olunub.         “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Qeyd edək ki, növbəti yarışlar 2021-ci ilin sentyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək. Azərbaycanın həmin yarışlarda iştirakı nəzərdə tutulur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı