• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 21-də Təhsil naziri Emin Əmrullayev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə onlayn formatda görüşüb. Görüşdə Azərbaycan Respublikası və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ölkələr arasında tələbə-müəllim mübadiləsi, təhsildə İKT və start-up istiqamətləri üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində Yapon mərkəzinin və yapon dilinin tədrisindən məmnunluq ifadə edilib,  universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Səfir, öz növbəsində, insan itkisinə görə narahatçılığını ifadə edib.

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Təhsil Nazirliyi  "Qarabağın məşhur müəllimləri" adlı yeni layihəyə start verir. Layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Direktorların işə qəbulu üzrə imtahan proqramı

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər. İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək. Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu cari ilin 28 sentyabr – 5 oktyabr tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib. Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Təhsil Nazirliyindən ön cəbhədə döyüşən əsgərlərimizə dəstək videoroliki

"Dərs vaxtı"nın 21 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 21-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Zəngilan rayonunun təhsil statistikası

.

Rəşadətli Ordumuzun zəfəri

.

“Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” layihəsinin konfransı

Oktyabrın 20-də Avropa İttifaqı (Aİ) ilə birgə icra olunan, təhsil və təlim sisteminin keyfiyyətini artırmaq məqsədinə xidmət edən “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” (MKÇ) layihəsinin onlayn formatda yekun konfransı keçirilib. Tədbirdə Təhsil naziri Emin  Əmrullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev,  Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Texniki yardım qrupunun rəhbəri Trevor Kuk, baş ekspert İlkin Nəzərov və digər şəxslər iştirak ediblər. Təhsil naziri Emin Əmrullayev konfransı giriş sözü ilə açaraq, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığı uğurlu əməliyyatları qeyd edib. Nazir təəssüf hissi ilə Ermənistanın təcavüzü nəticəsində məktəblilərin həlak olduğunu və yaralandığını, məktəblərin mütəmadi atəşə məruz qaldığını bildirib. Təhsil naziri hərbi vəziyyət rejimi, eləcə də “COVİD 19” pandemiyasının məhdudiyyətləri çərçivəsində təhsilin təşkili və təhsil sisteminin qarşısında duran vəzifələrdən danışıb. Nazir daha sonra iqtisadiyyatın inkişafı və diversifikasiyası baxımından səriştə əsaslı kadr hazırlığı prosesində işəgötürənlərlə təhsilverənlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin, peşə təhsilinə diqqətin artırılmasının, qeyri-formal və informal təhsilin tanınmasının əhəmiyyətindən bəhs edib. Emin Əmrullayev son illərdə Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi səriştə əsaslı və bacarıqların inkişafına hədəflənmiş “Peşə təmayül siniflər” və “STEAM” layihələri barədə danışıb.  Təhsil naziri ölkəmizdə MKÇ-nin geniş şəkildə icrasını təmin etmək məqsədilə sözügedən layihə çərçivəsində müvafiq hüquqi-normativ-institusional bazanın yaradılması, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması, səriştə əsaslı peşələr üzrə pilot təlimlərin keçirilməsi, müvafiq tədris resurslarının hazırlanması və keyfiyyətin təminatı sahəsində aparılmış işləri yüksək qiymətləndirib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfər yürüşünün ölkədə ümumxalq Qələbə əhval-ruhiyyəsi yaratdığını vurğulayıb. Nazir Ermənistanın mülki əhaliyə qarşı terror həyata keçirməklə beynəlxalq humanitar normaları kobud şəkildə pozduğunu da qeyd edib. O, çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, habelə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin tərəqqisinə nail olunub. Bu proseslər əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrlara olan tələbatı artırır və bununla əlaqədar peşə təhsili və təlimi sisteminin bu tələbata uyğun qurulmasının vacibliyini şərtləndirir. Nazir bildirib ki, əmək bazarında aparılmış sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 300 peşə və kvalifikasiya standartı hazırlanıb. Bu ilin sonunadək həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərəcək “Peşə və Kvalifikasiya standartlarının Reyestri”ndə yerləşdiriləcək. Sahil Babayev  deyib ki, peşə və kvalifikasiya standartlarının tətbiqi təhsil proqramlarının dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılmasında əsas rola malikdir. Növbəti il daha 350 peşə və kvalifikasiya standartının hazırlanması üçün artıq müvafiq işlərə başlanılıb. Həmçinin nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 4 Regional Peşə Təhsili  Mərkəzinin olduğunu və onların sayının 2030-cu ilədək 10-a çatdırılacağını bildirib. Nazir “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərin əmək bazarı və təhsil sistemi üçün əhəmiyyətini diqqətə çatdırıb. Nazirliyin mütəxəssislərinin də yaxından iştirak etdiyi layihə üzrə 24 peşə və 24 kvalifikasiya standartının, müvafiq olaraq kurikulumların hazırlandığını deyib. Sahil Babayev layihədə əməyi olan bütün iştirakçılara təşəkkürünü bildirib.  Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında sürətlə inkişaf edən cəmiyyətdə ömürboyu təhsilə çıxış imkanlarının çevik, alternativ yollar, qeyri-formal və informal təhsilin tanınması yolu ilə yaxşılaşdırılması üçün böyük tələbatın olduğunu bildirib.  Avropa İttifaqının Azərbaycanda tələbəyönümlü və səriştə əsaslı təhsil sisteminin Avropa  İttifaqı standartlarına yaxınlaşdırılmasını dəstəklədiyini vurğulayıb. K.Yankauskas layihənin fəaliyyətlərinin Milli Kvalifikasiyalar Çərçivəsində nəzərdə tutulan məqsədlərin-təhsilalanlar, işəgötürənlər və təhsil təminatçıları üçün asan qavranılması, kvalifikasiyalara etimadın gücləndirilməsi, əvvəlki təhsilin tanınması və kreditlərin köçürülməsi yolu ilə  ömürboyu təhsilin dəstəklənməsi kimi məqsədləri əhatə etdiyini deyib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov layihə çərçivəsində keçirilmiş pilot layihələrin nəticələrinə dair çıxış edib, layihənin texniki yardım qrupunun rəhbəri Trevor Kuk və layihənin baş eksperti İlkin Nəzərov layihə fəaliyyətləri və əldə olunmuş nəticələr, qanunvericilik, institusional tərəfdaşlıq və maraqlı tərəflərin cəlb olunması fəaliyyəti ilə bağlı təqdimat ediblər. Konfransın sonunda Təhsil naziri Emin Əmrullayev layihədə əməyi olanlara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə, beynəlxalq ekspertlərə təşəkkürünü bildirib.    

"Dərs vaxtı"nın 20 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 20-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Peşə təhsili üzrə teledərslərin 20 oktyabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 20 oktyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı