• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Rəşadətli Ordumuzun zəfəri

.

Baş Prokurorluğun Mətbuat xidmətinin MƏLUMATI

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat etmiş, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatmışdır. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

"Qarabağın məşhur müəllimləri" - Əbdürrəhim bəy Haqverdiyev

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əbdürrəhim bəy Haqverdiyevdir. Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci ildə Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ədəbiyyatdan mühazirələr oxuyub, maarifpərvər ziyalı olaraq fəaliyyət göstərib. Əbdürrəhim bəy Haqverdiyev xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu yazırdı: “Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi”. Uşaqların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, Vətənə sevginin aşılanması ədibin ən ali məqsədlərindən olub. “Ata və oğul” hekayəsində yazdığı fikir isə yazıçının həyatının əsl ifadəsidir: “Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub

Ermənistan silahlı qüvvələrinin dinc  əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.    Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

"Dərs vaxtı"nın 28 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 28 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!

Yeni təmayüllü liseylər

Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Qərar qəbul olunub. Qərara əsasən, Gəncə şəhəri və Quba rayonunda yaradılmış fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda yaradılmış kimya-biologiya təmayüllü liseylər siyahıya əlavə edilib. Qeyd edək ki, ötən dövr ərzində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Gəncə və Qubada, Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan və Şəkidə sinifləri yaradılıb. VI və daha yuxarı siniflər olmaqla, Gəncə lisey sinifləri üzrə 12 sinif komplekti, Şirvan lisey sinifləri üzrə 5 sinif komplekti, Şəki lisey sinifləri üzrə 6 sinif komplekti və Quba lisey sinifləri üzrə 8 sinif komplekti mövcuddur. Sözügedən lisey siniflərində tədrisin təşkili səviyyəsi və fəaliyyət göstərdikləri binaların infrastrukturu lisey siniflərinin müstəqil lisey kimi fəaliyyət göstərməsinə imkan verdiyi nəzərə alınaraq, Gəncə, Şirvan və Şəki şəhərlərində, eləcə də Quba və Şəmkir rayonlarında müvafiq təmayüllər üzrə liseylər yaradılıb.

Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələr “Qarabağ Azərbaycandır!” deyirlər

"Qarabağın məşhur müəllimləri" - Əliyar Əliyev

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Əliyar Əliyevdir. Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. O, iki il Saransk Dövlət Universitetində, daha sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirib.  Qarabağ müharibəsində iştirak edən Əliyar Əliyevin qəhrəmanlığı dillər əzbəridir. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Belçikada təhsil imkanı

Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Təhsil müddəti 1 ildir. Təqaüd proqramına müraciət etmək istəyənlər üçün son tarix 13 yanvar 2021-ci ildir.  Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.   

"Dərs vaxtı"nın 27 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 27 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı