SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
102 tələbə Prezident təqaüdünə layiq görülüb
Oktyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
30/10/2020 09:20
"Dərs vaxtı"nın 30 oktyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 30 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
30/10/2020 08:31
Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatı
Oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar qəbul edilib. Qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin. Bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.
29/10/2020 21:10
Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələr “Qarabağ Azərbaycandır!” deyirlər
29/10/2020 18:43
Təhsil naziri “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Oktyabrın 29-da Təhsil naziri Emin Əmrullayev ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda 2018-ci ildən etibarən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə ölkəmizin Cənubi Qafqaz regionu ölkələri arasında ilk pillədə qərarlaşması təqdirəlayiq hal kimi qeyd olunub. Tərəflər ölkəmizin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinin vacibliyi ətrafında müzakirələr apararaq növbəti dövr ərzində qarşıya qoyulan hədəflər və bu istiqamətdə görüləcək işlər barədə razılığa gəliblər. Təhsil naziri Emin Əmrullayev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9 nəfər məktəblinin həlak olması, 16 nəfər məktəblinin xəsarət alması və 50-dək təhsil müəssisəsinə zərər dəyməsi ilə bağlı iştirakçılara məlumat verib.
29/10/2020 16:12
Peşə təhsili üzrə teledərslərin 30 oktyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 30 oktyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
29/10/2020 14:17
"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Firidun bəy Köçərlidir. Əslən şuşalı olan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris edib. 1895-ci ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işləyib. Firidun bəy müəllimlik peşəsini bütün peşələrdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Onun təbirincə desək, “Pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”. Görkəmli ədib hər çıxışında qızların təhsilə cəlb edilməsini ön plana çəkirdi və təhsilli qadının gələcəkdə övladlarını da təhsilli böyüdəcəyini nəzərə çatdırırdı. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
29/10/2020 12:44
Vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırır. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
29/10/2020 12:15
"Dərs vaxtı"nın 29 oktyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 29 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
29/10/2020 08:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı