• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 1 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 1-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Distant tədris prosesinin müddəti uzadılıb

Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edilib. Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb. Bununla da ölkə ərazisində distant tədris formasının müddəti dekabrın 30-dək uzadılır. Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.   “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Cari tədris ilində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən onlayn formatda təşkil olunan dərslərdə 25 minə yaxın qrup və dərnək üzvü, 1500-dən çox pedaqoji heyətin iştirakı təmin olunub. Dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 17 uşaq-gənclər idman-şahmat məktəbi üzrə müxtəlif idman növlərində 15 898 məktəbli, 968 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhəri İdman Liseyi üzrə 1 777 məktəbli, 153 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 100-dən çox müxtəlif dərnək üzrə 5 808 şagird, 402 dərnək rəhbəri cəlb edilib. Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir. Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər uşaqların fiziki sağlamlığının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün isə müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar.  Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət”  telekanalında efirə gedən "Dərs vaxtı" proqramı çərçivəsində məktəbdənkənar fəaliyyət, futbol və futzal idman növləri üzrə ustad dərsləri yayımlanır. 

"Qarabağın məşhur müəllimləri" - Ənvər Rza

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Ənvər Rzadır. O, 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub.         Ənvər Rza M.F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsində təhsil alıb. Həmin institutda ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedranın müdiri vəzifəsində işləyib. Sonra institutun nəzdində ilk dəfə olaraq tərcümə kafedrasını yaradıb və ömrünün sonunadək bu kafedranın müdiri vəzifəsində çalışıb.  O, istedadlı şair, cəfakeş alim, həm də peşəkar tərcüməçi olub.     Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Peşə təhsili üzrə teledərslərin 1 dekabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 1 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Tələbələrin nəzərinə!

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirir. Cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər. Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.  Hazırda müraciətlərin qəbulu və  emalı prosesi davam edir.

"Dərs vaxtı"nın 2000-ci buraxılışı efirə gedib

Noyabrın 30-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin yeni tədris ilində 2000-ci buraxılışı efirə gedib. Cari ilin 11 mart tarixindən start verilən proqram çərçivəsində indiyədək ümumilikdə 5300-ə yaxın teledərs efirə gedib. İlin sonuna kimi bu rəqəmin 6 minədək çatması gözlənilir. Qeyd edək ki, gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır. Həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır.  "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Dərs vaxtı"nın 30 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib. Belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb. Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır. Qeyd edək ki, yeni nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

"Azərbaycanı tanıyaq" adlı virtual dərslər

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə 23 noyabr tarixindən “Azərbaycanı tanıyaq” adlı virtual dərslərə start verilib. Layihənin məqsədi gənc nəsildə vətənə məhəbbət hissinin daha da artırılması, Azərbaycanın mədəni irsi, tarixi, mədəniyyəti və turizminin dünya ölkələrinə tanıdılması, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin bu sahədə təbliğatlarının genişləndirilməsi, diasporlarla iş əlaqələrinin gücləndirilməsindən ibarətdir.  Mövcud pandemiya ilə əlaqədar virtual təşkil olunan layihə çərçivəsində “Diyarşünaslıq”, “Ekoturizm”, “Azərbaycan mədəniyyəti”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Azərbaycan mətbəxi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Sənətkarlıq” (xalçaçılıq, qurama, toxuma, dizayn), “Azərbaycan muğamı” daxil olmaqla 10 fərqli istiqamət üzrə dərslər keçirilir. Vebinar və virtual dərslər Azərbaycanın şanlı qələbəsi, işğaldan azad olunmuş şəhər və kəndlərin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərə tanıdılması, hərbi-vətənpərvərlik ruhunun təbliğinə həsr olunub. Virtual dərslər respublikanın tanınmış müəllimləri, peşəkar təlimçilər tərəfindən xüsusi hazırlanmış proqram üzrə 7-11 və  12-16 yaş kateqoriyalarında Azərbaycan və ingilis dillərində tədris olunur. Proqramda Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, Türkiyə, Pakistan, Macarıstan, Tayland, Finlandiya, Şotlandiya və digər ölkələrdə yaşayan azərbaycanlı uşaq və gənclər iştirak edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı