SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
6 009 195 dərs "Virtual məktəb"də
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 22-28 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 328 168, müəllimlərin sayı 124 632, aktiv istifadəçi sayı 940 454, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 009 195 təşkil edib.
02/12/2020 09:09
"Dərs vaxtı"nın 2 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 2-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
02/12/2020 08:12
MBA proqramı məzunlarının doktoranturada təhsillərini davam etdirmələrinə dair müraciətləri ilə bağlı açıqlama
Son günlər MBA (biznesin idarəedilməsi üzrə magistr) proqramını bitirən məzunlar tərəfindən doktoranturada təhsillərinin davam etdirilməsinə köməkliyin göstərilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciətlər daxil olur. Qeyd edək ki, doktorantura səviyyəsinə qəbul prosesi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” ilə tənzimlənir. 2019-cu ildə bu qəbul qaydalarında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qəbul qaydalarında edilən dəyişikliyə uyğun olaraq, 2020-ci ildə magistr diplomunda da dəyişiklik edilib və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözündən sonra “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilib. Qanunvericilikdə edilən həmin dəyişikliklər ali təhsilin doktorantura səviyyəsində daha keyfiyyətli, elmi-tədqiqat bacarıqları olan mütəxəssislərin yetişdirilməsi məqsədi daşıdığından MBA proqramını bitirən və yalnız magistr dissertasiyasını müdafiə edən məzunlara doktoranturaya qəbul imtahanlarında iştirak imkanı yaradır. Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.
01/12/2020 17:11
Dərsliklərimiz sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək
5 dekabr saat 11:00-da Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunacaq. Azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirakı ilə keçiriləcək onlayn görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə ediləcək. Müzakirələrdə Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, institutun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston" nəşriyyat evinin nümayəndəsi Wee Chee Sim, "Marshall Cavendish" nəşriyyat evinin nümayəndəsi Khairi Sallehudin Bin Abdullah, dərslik mütəxəssislərinin iştirakı nəzərdə tutulur. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapur ilə əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq. Müzakirələri Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.
01/12/2020 14:50
"Qarabağın məşhur müəllimləri" - Müseyib İlyasov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Azərbaycanda xalq təhsilinin inkişafında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri Müseyib İlyasovdur. 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Müseyib İlyasov Bakıda və Qubada məktəbdə işləyib. 1931-ci ilədək Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləyib. Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla başqa kəndlərdə məktəblər açıb. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
01/12/2020 14:00
Vətəndaşların qəbulu dekabrın 28-dək dayandırılır
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 28-dək fəaliyyətini dayandırır. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
01/12/2020 12:39
2021-2022-ci tədris ilində Macarıstanda təqaüd proqramı barədə onlayn vebinar keçiriləcək
4 dekabr saat 16:00-da 2021-2022-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təqaüd proqramına həsr olunmuş onlayn vebinar keçiriləcək. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və Macarıstanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçiriləcək vebinarı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz. Qeyd edək ki, 23 noyabr 2020-ci il tarixində sözügedən təqaüd proqramına sənəd qəbulu ilə bağlı müvafiq elan verilib.
01/12/2020 12:25
13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir. Məlumat üçün bildiririk ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır. Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur. Qeyd edək ki, 2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına müraciət etmiş 15 209 tələbənin, o cümlədən ali təhsil müəssisələrində təhsil alan 12 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
01/12/2020 11:45
"Könüllülüyün BİR açarı" layihəsi
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülüyün BİR açarı” layihəsinə start verilib. Layihənin məqsədi tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və komanda ilə işləmə bacarığının aşılanmasıdır. Layihə onlayn olaraq “Zoom” və “Facebook” platformalarında təhsil müəssisələrinə uyğun olaraq formalaşdırılmış komandalar şəklində təşkil ediləcək. "Könüllülüyün BİR açarı” adlı onlayn kvestdə intellektual suallar Qarabağa, şanlı qələbəyə həsr olunub. Layihədə iştirak edən tələbə-könüllülər sertifikat əldə edəcək. O cümlədən, I, II və III yer üzrə ən yüksək dərəcəni əldə edən iştirakçılar mükafatlandırılacaq. Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
01/12/2020 11:26
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı