SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il tarixinədək fəaliyyətini dayandırır. Bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər. Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az, https://twitter.com/tehsilgovaz, https://www.instagram.com/edugovaz/, https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz izləmək tövsiyə edilir.
06/01/2021 12:50
Riyaziyyat fənni üzrə yeni dərsliyin fərqli cəhətləri – video
2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında I sinif "Riyaziyyat" dərsliyi də yer alır. Sözügedən dərslik komplektinin hazırlanma prosesində dünyanın aparıcı təhsil sistemlərinin müvafiq siniflər üçün təhsil proqramları təhlil edilib, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri öyrənilib. Aparılan təhlillər nəticəsində ibtidai siniflərdə riyaziyyat fənni üzrə hazırda qüvvədə olan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb. Eyni zamanda, dünyanın ən nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri tədqiq edilib, şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına şərait yaradan qabaqcıl təcrübələr nəzərə alınıb. Təhsil İnstitutu tərəfindən təkmilləşdirilmiş təhsil proqramları əsasında tərtib olunan yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.
06/01/2021 11:51
Müəllimlər üçün Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu davam edir
Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei-Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu davam edir. Proqrama müraciət üçün son tarix 29 yanvar 2021-ci il təyin olunub. “Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır. Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz.
06/01/2021 10:21
15 900 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib. Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az/ portalı istifadəyə verilib.
06/01/2021 09:51
"Dərs vaxtı"nın 6 yanvar cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 6-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
06/01/2021 08:14
Təhsil Nazirliyinin saytı unikal giriş sayına görə birincidir
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) 2020-ci ildə dövlət orqanları üzrə ən çox istifadəçi müraciəti qeydə alınan rəsmi internet resurslarının siyahısını açıqlayıb. Aparılan təhlillərə görə, Təhsil Nazirliyinin rəsmi internet saytı ən çox müraciət olunan internet resursları sırasındadır. Nazirliyin rəsmi internet saytı toplam giriş sayına görə ilk onluğun ikinci, unikal giriş sayına görə isə birinci pilləsində yer alıb. Qeyd edək ki, ötən ildə nazirliyin rəsmi internet saytına ümumi baxış sayı 1 933 680 nəfər təşkil edib. Ölkələr üzrə baxış sayına görə ilk onluqda ABŞ, Almaniya, Niderland, Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri yer alır.
05/01/2021 12:14
Çində təhsil imkanı
Çin Xalq Respublikasının 2021-2022-ci tədris ili üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu 6 yanvar tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
05/01/2021 10:19
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir
Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 yanvar saat 23:59-dək davam edəcək. Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.
05/01/2021 10:11
"Dərs vaxtı"nın 5 yanvar cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 5-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
05/01/2021 08:21
"Khan Academy"nin qurucusu təcrübəsini bölüşəcək
Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” adlı onlayn müzakirə proqramına start verilir. Proqramın təhsilin idarə olunması üzrə mütəxəssis, “T-network”-un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımı planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. 7 yanvar saat 19:00-da təqdim ediləcək ilk buraxılışın qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olacaq. Görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur. Qeyd edək ki, "Yeni çağırışlar” müzakirə proqramına abunə olmaq istəyənlər “T-network” "Facebook" səhifəsinə (https://www.facebook.com/tnetwork.az/) müraciət edə bilərlər. Abunəlik proqramın irəlidəki buraxılışları haqqında operativ məlumat əldə etmək imkanı verir.
04/01/2021 14:07
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı