SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Математика" fənni üzrə yeni dərsliyin fərqli cəhətləri – video
2020-2021-ci tədris ilindən istifadəyə verilən I sinif "Математика” fənni üzrə dərslik yeni nəsil dərsliklər sırasındadır. Rus bölməsi üzrə I siniflərdə istifadəyə verilən dərslik komplektinin hazırlanma prosesində dünyada qəbul edilmiş riyaziyyat üzrə müasir təhsil metodları, eləcə də TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri nəzərə alınıb. Təhsil İnstitutu tərəfindən hazırlanmış və bütünlüklə müasir standartlara cavab verən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.
07/01/2021 16:21
Peşə təhsili üzrə teledərslərin 8 yanvar cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 8 yanvar tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
07/01/2021 15:39
Təhsil İnstitutuna yeni direktor təyinatı
Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil İnstitutuna direktor təyin olunan Rüfət Əzizov institutun kollektivinə təqdim edilib. Rüfət Əzizovu kollektivə təhsil naziri təqdim edib. Qeyd edək ki, Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub və 2003-cü ildə bitirib. Həmin universitetdə aspirantura təhsilinə davam edərək 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi (PhD) elmi dərəcəsini alıb. 2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub (Chartered Scientist). ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2014-2016 illərdə ADA/Maastricht universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi üzrə Executive MBA proqramını bitirib. Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak edib. Onlardan Kornell Universiteti-ali idarəetmə, Corc Vaşinqton Universiteti-layihələrin idarə olunması və Oksford Universiteti-süni intellekt proqramını qeyd etmək olar. Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. Amerikan brendi olan “Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. Müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib. 2005-2011-ci illərdə BP Exploration LTD-də, 2012-ci ildən isə “Unimetal” MMC-də çalışıb.
07/01/2021 14:32
Almaniyanın "Hertie" İdarəçilik Məktəbinin təqaüd proqramına qəbul davam edir
2021-2022-ci tədris ili üzrə Almaniyanın “Hertie” İdarəçilik Məktəbində təqaüd proqramına sənəd qəbulu davam edir. Proqramda iştirak etmək istəyənlər üçün 31 yanvar 2021-ci il son müraciət tarixidir. Doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris dili ingilis dilidir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
07/01/2021 14:06
"Khan Academy"nin qurucusu ilə təhsildə yeni çağırışlar müzakirə ediləcək
7 yanvar saat 19:00-da “Yeni çağırışlar” adlı onlayn müzakirə proqramının ilk buraxılışı yayımlanacaq. Proqramın ilk qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khandır. Görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Sal Khan 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə start verilən proqramın ayda iki dəfə yayımı planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. "Yeni çağırışlar” müzakirə proqramına abunə olmaq istəyənlər “T-network” "Facebook" səhifəsinə (https://www.facebook.com/tnetwork.az/) müraciət edə bilərlər.
07/01/2021 10:48
Çində təqaüd proqramına sənəd qəbulunun vaxtı uzadılıb
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Çində təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb. Proqrama son müraciət tarixi 8 yanvar 2021-ci il təyin edilib. Sənəd qəbulu barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
07/01/2021 09:43
"Dərs vaxtı"nın 7 yanvar cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 7-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
07/01/2021 08:43
Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Yanvarın 6-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, sözügedən Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, qarşı tərəfdən isə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Viktor Szederkenyi imzalayıb. Yeni Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə də təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda azərbaycanlı gənclər “one-tier” magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil imkanı əldə edə biləcəklər. Həmçinin ilk dəfə olaraq, Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edə biləcəklər. Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbacan vətəndaşı Macarıstanın “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
06/01/2021 18:04
Onlayn müsahibə mərhələsinin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib. Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
06/01/2021 17:50
İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün Çində təqaüd proqramı
Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Səhiyyə üzrə Vanke Məktəbi 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün təqaüd proqramı elan edir. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına son müraciət tarixi 31 mart 2021-ci ildir. Təqaüd proqramı haqqında ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
06/01/2021 14:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı