SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Bakı 2-ci Ailəvi İdman Yarışı” başa çatıb.
“Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində təşkil olunan, musiqili-bədii və əyləncəli idman proqramından ibarət yarışın məqsədi kütləvi idman üçün ailə mühitinin faydası və vacibliyini nümayiş etdirməkdən və sağlam həyat tərzini təşviq etməkdən ibarətdir.
Şən, təhlükəsiz və inkluziv oyunlardan ibarət tədbirə 10 müxtəlif rayon və şəhərdən olan 12 ailə qatılıb. Yarışlara 1000 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.
Final yarışını giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə belə tədbirlərin uşaq və gənclərin idman ruhunda tərbiyəsində, kütləvi bədən tərbiyəsi və idmanın təşviq edilməsində mühüm rol oynadığını vurğulayıb.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov qeyd edib ki, təhsil ocaqlarında bədən tərbiyəsinin geniş yayılması “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb: “FASA proqramının yalnız Bakıda deyil, ölkənin regionlarında da keçirilməsi sevindirici haldır. Ümid edirəm ki, bu proqram davamlı olacaq və əhali arasında aktiv həyat tərzinin inkişafına öz töhfəsini verəcəkdir”.
“Coca-Cola Bottlers” MMC-nin baş meneceri Cem Becellayihə çərçivəsində həyata keçirilən tədbirlərin 80 mindən artıq insanı, xüsusilə uşaq və gəncləri əhatə etdiyini xatırladıb. Onun sözlərinə görə, “sağlam və aktiv həyat tərzinin təbliği və dəstəklənməsi" şirkətin əsas strateji məqsədlərindən biridir.
Final yarışları iki raundda keçirilib. “Bakı 2-ci Ailəvi İdman Yarışı”nın final mərhələsinə yüksələn komandalar Xaçmazdan Nurullayevlər, Zaqataladan Məmmədovlar, Qusardan Əzimovlar və Qəbələdən Əhmədovlar ailəsi olub. Gərgin rəqabət şəraitində keçən estafetin nəticəsi olaraq 1-ci yeri Qusardan Əzimovlar ailəsi, 2-ci yeri Zaqataladan Məmmədovlar ailəsi və 3-cü yeri Qəbələdən Əhmədovlar ailəsi tutub. Yarışın qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
“Bakı 2-ci Ailəvi İdman Yarışı”nda Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, milli idman federasiyalarının, “Coca-Cola” şirkətinin rəsmiləri ilə birgə olimpiya və paralimpiya çempionları, məşhur idmançılar, həmçinin, Milli Olimpiya səfirləri Fərid Mansurov və əməkdar artist Tünzalə Ağayeva da tamaşaçı qismində iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl