SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 22-də Bakı Dövlət Universitetində bu təhsil müəssisəsi ilə Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi arasındakı layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatlar təqdim edilib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq, layihənin Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün böyük rol oynadığını qeyd edib. Rektor layihə çərçivəsində kimya fakültəsində rentgenstruktur analiz laboratoriyası yaradıldığını, Rusiyadan tanınmış mütəxəssislərin cəlb olunduğunu və 12 gəncin burada artıq tədqiqatlar apardığını qeyd edib.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyasının Rengenstruktur Analiz Mərkəzi arasındakı mövcud layihənin əhəmiyyətini bildirib və elm sahəsində belə uğurların qazanılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Misir Mərdanov ölkə başçısının elm, təhsil sahəsinə olan diqqət və qayğısından danışıb, nailiyyətlərin əldə edilməsini bu qayğının təzahürü olduğunu vurğulayıb. Nazir tədbirdə iştirak edən Rusiya Elmlər Akademiyasının mütəxəssislərinə elmi əməkdaşlığa görə təşəkkürünü bildirib.
Sonda təlim kursunun 12 müdaviminə sertifikatlar təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl