SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 28-də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən üçüncü təlim kursu başa çatıb.
Akademik Zərifə Əliyeva adına liseydə respublika tabeli ümumi təhsil məktəblərində biologiya və həyat bilgisi fənlərini tədris edən müəllimlər üçün “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda təşkil olunmuş təlim kursu iki gün davam edib. Kursu uğurla başa vuran 22 nəfərə “Təlimçilər üçün təlimçi” sertifikatı təqdim olunub.
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə Sumqayıtda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlər üçün də eyni təlim keçirilib. Kursu uğurla başa vuran 26 nəfərə “Təlimçi” sertifikatı təqdim edilib.
Təlimlərin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, gənc nəsli zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Respublikası Prezedinti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl