SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tamblinq və akrobatika gimnastikası üzrə açıq çempionat keçirilib.
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin və klubların 68 yetirməsi birincilik uğrunda mübarizə aparıb.
Tamblinq üzrə yarışlarda “İdman ustası” proqramı üzrə Gimnastika Məktəbinin yetirməsi Mixail Malkin çempionatin qızıl medalını qazanıb. “İdman ustalığına namizəd” proqramında isə “Neftçi” cəmiyyətinin idmançısı Adil Hacızadə I yerə, Gimnastika Məktəbinin idmançıları Əli Həsənov II yerə, Nəciməddin Hacıyev III yerə layiq görülüblər.
Akrobatika Gimnastikası üzrə yarışlarda Gimnastika Məktəbinin təmsilçiləri daha uğurlu çıxışları ilə fərqləniblər.
Komandalar arasında mübarizədə ümumi xalla İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin idmançıları I, “Neftçi”nin təmsilçiləri II və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri III yerə layiq görülüblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl