• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışı başa çatıb.

Üç ay yarım davam edən yarışmanın final oyununda iki seçim və iki final görüşü keçirilib. İlk seçim görüşündə sentyabr ayının qalibi “Kapital bank” komandası ilə oktyabr ayının qalibi “Nar Mobile” komandası qarşılaşıblar. Maraqlı və gərgin keçən mübarizədə “Nar Mobile” qalib gəlib. Sonra “Nar Mobile” komandası öz seçiminə əsasən, “Azərbaycan klubu” ilə oynayıb və qələbə qazanıb.
Final görüşlərində “Nar Mobile” və “Romantik qüvvələrini sınayıblar. “Romantik” komandası hər iki görüşün və ikinci mövsümün qalibi, eləcə də “Bilik kuboku”nun sahibi olub.
Qalib komandaya Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu, sponsorlar tərəfindən 3 min manat mükafat təqdim edilib.
Xatırladaq ki, “Bilik kuboku” uğrunda yarışın oyunları “Baku Crystal Hall”da keçirilib və AzTV kanalı ilə yayımlanıb. Yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edib.


10 il əvvəl