• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 19-da Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənləri üzrə “Açıq dərs”lər keçirilib.

“Açıq dərs”lərdə Təhsil Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Təhsil Problemləri İnstitutunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin, Daxili Qoşunların N saylı hərbi hissəsinin, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin nümayəndələri, məktəb direktorları, hərbi hazırlıq rəhbərləri, fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Qeyd edək ki, son illər Sumqayıtda məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müntəzəm xarakter alıb. Bu baxımdan “Məktəblilərin hərbi keçidi”, “Şahin” hərbi-idman oyunlarının keçirilməsi, Heydər Əliyev Mərkəzinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Respublika Hərbi Prokrorluğu yanında Soyqırımı Muzeyinə və digər yerlərə ekskursiyalar xüsusi yer tutur.
Sumqayıtda yeni tədris ili ərəfəsində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə xüsusi komissiya tərəfindən bütün məktəblərdə hərbi kabinetlərə baxış keçirilib və kabinetlərin tərtibatı, tədris-maddi bazası daha da yaxşılaşdırılıb.


10 il əvvəl