• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dünyanın müxtəlif ölkələrinin ali məktəb rəhbərləri, alimlər və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm tablosu və BDU-nun 95 illiyi ilə bağlı sərgiyə baxıblar.
Mərasim iştirakçılarını salamlayan BDU-nun rektoru Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, təhsil müəssisəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb. Rektor bildirib ki, BDU elmin, təhsilin və milli şüurun inkişafında mühüm rol oynayıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qocaman jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunduğunu bildirib.
Sonra nazir ali dövlət mükafatını yubilyara təqdim edib.
Təhsil naziri zəngin tarixi ənənələrə malik BDU-nun yaranma tarixindən, tədris ocağının 95 illik səmərəli fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. BDU-nun keçdiyi inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, bu gün bu təhsil müəssisəsinin məzunları Azərbaycan elminin çiçəklənməsinə dəyərli töhfələrini verirlər.
Ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu xatırladan nazir ulu öndərin daim Azərbaycan elminin və təhsilinin inkişafına xüsusi qayğı göstərdiyini, onun bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Azərbaycanda ali təhsil sisteminin proritetlərini sadalayan təhsil naziri ölkəmizin müasir dünyaya inteqrasiyası baxımından yüksək səviyyəli kadr hazırlığının zəruriliyini önə çəkib. Elmlə təhsilin vəhdətinin təşkilində ali məktəblərin üzərinə düşən vəzifələrə diqqət çəkən nazir universitetlərlə biznes dünyası arasındakı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi haqqında fikirlərini bildirib.
Yubiley münasibətilə ali məktəbin professor-müəllim heyətini, tələbələrini təbrik edən təhsil naziri zəngin ənənələr və yüksək potensial sayəsində BDU-nun bundan sonra da ölkə təhsilində aparıcı rolunu qoruyub saxlaya biləcəyinə inandığını söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan Qorxmaz, eləcə də İran, Albaniya, Gürcüstan, Dağıstan və digər ölkələrin ali məktəb rektorları təbriklərini çatdırıb, müsəlman şərqində ilk dünyəvi ali məktəb olan BDU-ya uğurlar arzulayıblar.


10 il əvvəl