SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” və “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, 100 nəfər “Ən yaxşı müəllim”, 50 təhsil müəssisəsi isə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi adına layiq görülüb.
Müsabiqədə müvəffəqiyyət qazanmış müəllimlər 5000 manat, ümumtəhsil məktəbləri isə 10 000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar.
Qeyd edək ki, “Ən yaxşı müəllim” müsabiqəsində Bakı ilə yanaşı, Sumqayıt şəhəri (4 nəfər), İsmayıllı (6 nəfər) və Bərdə (5 nəfər) rayonlarının ümumtəhsil məktəblərində çalışan müəllimlər daha çox fərqləniblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl