SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 19-da Təhsil Nazirliyində “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda konfrans keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək, bu qurumun yaranma tarixindən, həyata keçirdikləri mühüm işlərdən və onun fəaliyyətinin əhəmiyyətli olduğundan söz açıb. Nazir bildirib ki, Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının məqsədi uşağın təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək, onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və məktəblərin inkişafına yönəltməkdir.
Misir Mərdanov əlavə edib ki, valideyn və müəllimlərin könüllü birləşməsi nəticəsində yaranan bu ictimai qurum “Ümidli Gələcək” gənclər təşkilatı və YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə ölkəmizin orta məktəblərində bir sıra layihələr üzrə iş aparır. Hazırda 1000-dən çox məktəbdə yaradılmış valideyn-müəllim birliklərinin gördükləri işləri xüsusi qeyd edən nazir bu işə dəstək göstərən şəxslərə təşəkkür edib.
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard bu tədbirin keçirilməsinin VMA-nın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağına inamını ifadə edib və həyata keçirilən layihələrə göstərilən dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü çatdırıb.
Konfransda çıxış edən Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının icraçı direktoru Təranə Şərifova, “Ümidli Gələcək” gənclər təşkilatının rəhbəri Nabil Seyidov və başqaları Milli VMA-nın fəaliyyətinin məqsəd və məramından, qurum tərəfindən həyata keçirilən və gələcəkdə reallaşdırılacaq tədbirlərdən, valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi ilə şagirdlərin daha yaxşı oxumaları üçün şəraitin yaradılmasından bəhs ediblər. Tədbirdə “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda iştirakçılara ətraflı məlumat verilib.
Konfransda VMA-nın fəal üzvlərinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlar təqdim olunub.
Sonda Təhsil Nazirliyi ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının birgə fəaliyyəti barədə memorandum imzalanıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl