SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin şagirdləri arasında dahi rus şairi Mixail Lermontovun 200 illik yubileyinə həsr olunmuş müsabiqə keçirir.
Müsabiqədə məktəblilər bədii qiraət, teatrlaşdırılmış səhnəciklər və rəsm nominasiyaları üzrə iştirak edirlər.
Müsabiqənin məqsədi XIX əsrin dahi rus şairi və dramaturqu olan Mixail Lermontovun zəngin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq oyatmaqdan ibarətdir.
Müsabiqə 2 mərhələdə, ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilir.
Dekabrın 19-dək Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Bədii qiraət” və “Teatrlaşdırılmış səhnəciklər” nominasiyaları üzrə qaliblərin seçim prosesi həyata keçiriləcək. Burada müsabiqənin Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş Münsiflər Heyəti məktəblilərin dahi rus ədibinin yaradıcılığı ilə bağlı biliyini qiymətləndirəcək. Eyni zamanda məktəblilərin M.Lermontovun əsərləri əsasında hazırlanmış teatr səhnələrini ifa qabiliyyəti də dəyərləndiriləcək.
Müsabiqənin Respublika mərhələsinin hər nominasiya üzrə I, II və III yerin qalibləri, eyni zamanda fəal iştirakçılar Təhsil Nazirliyinin diplomu ilə təltif olunacaq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl