• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblərarası riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələrinin ikinci mərhələsi yekunlaşıb.

Şagirdlərin riyaziyyat, fizika, kimya və biologiya fənlərinə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, məktəblilərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, eləcə də şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə təşkil olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərindən 501 şagird iştirak edib. Hər bir məktəb VI, VII, VIII və IX siniflər üzrə cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub.
Təbiət elmləri üzrə fənn müsabiqələrinin II mərhələsində komanda hesabında Sumqayıt şəhəri humanitar və riyaziyyat təmayüllü "İstedad liseyi", təbiət elmləri təmayüllü gimnaziya, N.Gəncəvi adına texniki-təbiət elmləri liseyi, paytaxtın 287 nömrəli "Zəkalar" və Bakı Avropa liseyləri ən yüksək nəticə göstəriblər.
Riyaziyyat üzrə fənn müsabiqəsinin II mərhələsinin nəticələrinə əsasən, komanda hesabında Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya, Bakıdakı 220 nömrəli məktəb-lisey, 62 nömrəli tam orta məktəb, akademik Zərifə Əliyeva adına lisey və 160 nömrəli klassik gimnaziya ən yüksək nəticə əldə ediblər.
Qeyd edək ki, fənn müsabiqələrinin dekabrın 20-də keçiriləcək III mərhələsində fərdi və komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


10 il əvvəl