SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 16-da Təhsil Nazirliyi “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsinin təqdimatını keçirib.
Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə keçirilən təqdimatda təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yazıçılar, Bakı və Sumqayıtın orta məktəb direktorları iştirak edib. 23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova qonaqları salamlayaraq layihənin təqdimatını edib. Təqdimatda təhsilalanlarda mütaliə mədəniyyətinin və oxuya marağın artırılmasının əhəmiyyəti vurğulanıb.
Sonra müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri oxuduqları kitabları müzakirə ediblər. Müzakirə tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. Nazirin təklifi ilə qonaqlar da müzakirəyə qoşulublar və şagirdlərin mütaliə etdiyi kitablarla bağlı fikirlərini açıqlayıblar.
Mütaliə klublarının müzakirələrinə qoşulduğu üçün yaradıcı insanlara təşəkkürünü bildirən nazir layihənin ümumtəhsil məktəb şagirdlərinin oxuya həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini qeyd edib. Nazirin fikrincə, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına müsbət təsir göstərəcək. Düzgün təşkil edilmiş və planlaşdırılmış mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissləri bəxş edir.
Mikayıl Cabbarov yazıçılara müraciət edərək onları uşaq ədəbiyyatına aid yeni hekayələrin, müasir dövrlə səsləşən əsərlərin, ümumilikdə, yeni məzmunun yaradılmasında fəal iştirak etməyə çağırıb: “Biz bununla bağlı təşkilati məsələləri həll etməyə, yeni əsərləri bütün təhsilalanlara çatdırmağa, kitabxanalara yerləşdirməyə hazırıq. Bu məzmunu müvafiq şəkildə tədris proqramlarında, dərsliklərdə və ya dərsdənkənar oxu fəaliyyətində istifadə etmək niyyətindəyik”.
Nazir şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsində valideynlərin də üzərinə böyük yük düşdüyünü qeyd edib. Övladının hər bir qayğısına qalan valideynlər onlarda kitab oxuma vərdişinin yaranmasına da diqqət yetirməldirlər. Bununla bağlı Mikayıl Cabbarov maraqlı statistika açıqlayıb. Amerika Birləşmiş Ştatlarında məktəb yaşı çatmamış uşaqları olan əhalinin 60 faizi hər gün onlara kitab oxuyurlar.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar və Birliyin katibi Çingiz Abdullayev layihənin əhəmiyyətini yüksək dəyərləndiriblər. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB rəsmiləri bu prosesə dəstək verəcəklərini bildiriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.
Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl