• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin hər il olduğu kimi, bu il də ehtiramla anıldığını bildirib. Heydər Əliyevin əvəzsiz xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışan təhsil naziri ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət quruculuğu və ictimai-siyasi sabitliyin qorunması sahəsindəki yorulmaz fəaliyyətindən söz açıb.
 Cəmiyyətin inkişafında təhsilin mühüm rolunu diqqətə çatdıran təhsil naziri Mikayıl Cabbarov ümummilli liderin bu sahəyə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib. Nazir ulu öndər Heydər Əliyev ideyalarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
 Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi rəhbərlik etdiyi təhsil müəssisəsinin yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini nəzərə çatdırıb.
 Sonra xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, Samir Cəfərov  və digər tanınmış incəsənət ustaları ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi mahnıları ifa ediblər.
 Anım gecəsində Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbirə həmçinin, ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi


10 il əvvəl