• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gəncə Dövlət Universitetində yeni üzvi və bioloji kimya laboratoriyası istifadəyə verilib.

Bununla bağlı keçirilən tədbirdə universitetin rektoru Yusif Yusibov ali təhsil müəssisəsində həyata keçirilən işlər və mövcud yeniliklər barədə məlumat verib. Rektor bildirib ki, universitetin  tədris korpusları əsaslı təmir olunub, texniki baza müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib, “ağıllı lövhə”lər quraşdırılıb, daxili şəbəkə yenidən qurularaq yüksək sürətli internetlə təmin olunub.
Tədbirdə nəzərə çatdırılıb ki, yeni laboratoriyada fənlər əyani vasitələrdən istifadə etməklə tədris olunacaq və tədqiqat işləri aparılacaq. Geniş texniki imkanlara malik olan laboratoriyada, həmçinin üzvi və ya bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkündür.


10 il əvvəl