• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü çərçivəsində ADA Universitetində bu ali təhsil ocağının və SABAH layihəsi çərçivəsində digər ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbə ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və digər qonaqlar iştirak ediblər.
Qonaqları ADA Universitetinin yerli və əcnəbi tələbələri, professor-müəllim və inzibati heyəti qarşılayıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqlara bu ali təhsil müəssisəsinin yaradılması, əldə edilmiş nailiyyətlər və gələcək planlara dair məlumat verib.
Tədbirdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü, onun əhəmiyyəti və qəbul olunan qərarların vacibliyi barədə fikirlər açıqlanıb.
Görüşdə tələbələrin türkdilli dövlətlərlə mümkün mübadilə və təhsil proqramları, eləcə də digər məsələlərlə bağlı sualları cavablandırılıb.


10 il əvvəl