• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilib.

Azərbaycanın ev sahibliyi ilə keçirilən görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov,  Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Türk Şurasının Baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanında olan ziyarətçilər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların qəbri üzərinə gül dəstələri qoyublar.
Görüşün açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.
Dövlət başçısı məktubunda bildirib ki, türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşıyır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində birgə həyata keçirilən coxsaylı layihələr ölkələrimiz və xalqlarımız arasında tarixi-mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir. Prezident İlham Əliyev əsrlər boyu formalaşmış ənənələrimizin gələcək nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu qeyd edərək, bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək qiymətləndirib.
Daha sonra Türk Şurasının baş katibi Ramil Həsənov çıxış edərək bu konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.
Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, əldə edilən uğurlar və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. Nazir türkdilli ölkələrin nümayəndələri arasında müntəzəm görüşlərin münasibətlərimizin daha da genişlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Türk universitetləri birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və digər birgə layihələr əməkdaşlığı yeni mərhələyə qaldırıb.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin nümayəndələri təhsil sahəsində əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər. Əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlərlə bağlı konkret təkliflər nəzərdən keçirilib.
Sonda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında görüşün yekunlarına dair sənədlər imzalanıb.


10 il əvvəl