• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq yarışının noyabr ayı üzrə birinciliyinin dördüncü iştirakçısı məlum olub.

 Noyabr ayı üzrə dördüncü seçim oyunu əvvəlkilərdən fərqli şəkildə, xüsusi qaydada keçirilib. Belə ki, əvvəlki seçim oyunlarının hərəsi iki seçim və iki final görüşündən ibarət olurdusa və 4 komanda arasında keçirilirdisə, bu dəfəki oyunda dördüncü seçim oyunu “uduzan çıxır” prinsipi ilə təşkil olunub və oyunda 11 komanda mübarizə aparıb. Komandalar sentyabrın 7-dən başlayaraq keçirilən yarışmada daha az iştirak etmiş (hərəyə bir oyun) 16 komanda arasından seçilib.
 Oyunun digər bir fərqi komandalar arasında görüşlərin onlardan birinin 3 xal toplayanadək davam etməsi olub.
 Oyun “Qafqaz Universitet” və “Mərdəkan” komandalarının görüşü ilə başlayıb. Qalib gələn “Qafqaz Universiteti” “Şəki”, daha sonra “Siyəzən” komandasına üstün gəlsə də, “Xızı”ya məğlub olub.
 “Xızı” növbəti görüşə “Qəbələ”ni dəvət edib və 3:2 hesabı ilə qalib gəlib. Altıncı görüş “Xızı” və “Lənkəran” komandaları arasında keçirilib. Bu dəfə lənkəranlılar üstün (3:0) olublar.
 “Lənkəran” və “Bakı Dövlət Universiteti” komandaları arasında baş tutan növbəti görüş sonuncunun qələbəsi ilə başa çatıb.
 Səkkizinci görüşdə “Bakı Dövlət Universiteti” ”Milli Aviasiya Akademiyası” ilə oynayıb və 2:3 hesabı ilə uduzub.
 Doqquzuncu görüşdə ”Milli Aviasiya Akademiyası” və “Azərbaycan” komandaları qarşılaşıblar. Bu oyunda “Azərbaycan” üstün olub.
 Seçim oyununun son görüşü “Azərbaycan” və “Orion” komandaları arasında baş tutub. Rəqibinə 4:1 hesabı ilə üstün gələn “Azərbaycan” noyabr ayının birinciliyinə vəsiqə qazanıb. Bu komanda noyabrın final oyununda “Bakı Ali Neft Məktəbi”, “Sumqayıt” və “NUR” komandaları ilə oynayacaq.
 


10 il əvvəl