SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Quba Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi başa çatıb.
Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaq və yeniyetmələr arasında keçirilən yarışda 2001-2003-cü və 2004-2005-ci il təvəllüdlü 148 taekvondoçu iştirak edib. Birincilikdə 9 təhsil müəssisəsinin və 8 idman klubunun komandası qələbə uğrunda mübarizə aparıb.
Gərgin keçən yarışda uşaq taekvondoçular arasında I yerə Quba, II yerə Sumqayıt, III yerə 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. Yeniyetmələr arasında isə I yeri “Azəri” Taekvondo Klubunun, II yeri Quba Uşaq-Gənclər İdman Məktəbinin, III yeri isə Sumqayıt 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutub.
Qaliblər kubok, diplom və medallarla təltif edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl