• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan idmançıları noyabrın 12-dən 17-dək Estoniyanın Tallin şəhərində keçirilən sürətli şahmat üzrə 14-cü Avropa birinciliyindən uğurla qayıdıb.

Avropa Şahmat Birliyi ilə Estoniya Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 8, 10, 12, 14, 16, 18 yaşlı oğlanlar və qızlar arasında keçirilib. Çempionatda 13 ölkədən 300-ə yaxın şahmatçı iştirak edib.  Azərbaycan şahmatçıları yarışda 4 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar.
Sürətli şahmat üzrə Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Aytən Əmrayeva 18 yaşlı qızlar arasında, Aydın Süleymanlı 10 yaşlı oğlanlar arasında I yeri, Xanım Balacayeva 8 yaşlı qızlar arasında II yeri tutublar. 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin təmsilçisi Ümid Aslanov isə 8 yaşlı oğlanlar arasında qızıl medal qazanıb.
Şahmatçılarımız super finalda da uğurlu oyunlar keçiriblər. Aydın Süleymanlı və Xanım Balacayeva finalda rəqiblərini üstələyərək II yerə yüksəliblər. Bu şahmatçılar blits üzrə keçirilən oyunda da fərqlənərək II yeri tutublar.


10 il əvvəl