SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ikinci oyunu keçirilib.
“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan oyunda noyabr ayının çempionluğu uğrunda keçiriləcək görüşün növbəti - ikinci finalçısı müəyyənləşib.
Oyun iki seçim və iki final görüşündən ibarət olub. İlk seçim görüşündə “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşıblar. Sumqayıtlılar 5:0 hesabı ilə tam qələbə qazanıblar. İkinci görüş “Parabellum” ilə “Mingəçevir” arasında olub. “Parabellum” da rəqibini eyni hesabla məğlubiyyətə uğradıb.
Final görüşlərində “Sumqayıt” və “Parabellum” komandaları qarşılaşıb. İlk fnal görüşündə “Sumqayıt” 5:2, ikinci final görüşündə “Parabellum” 6:3 hesabı ilə qalib gəlib. Nəticədə ayın ikinci fnalçısını müəyyənləşdirmək üçün əlavə suala ehtiyac yaranıb. Həmin sualı tez və düzgün cavablandıran “Sumqayıt” daha güclü olduğunu sübut edib və ayın final oyununa vəsiqə qazanıb.
“Bilik kuboku”nun sentyabr, oktyabr və noyabr ayları üzrə qaliblərinin qarşılaşacağı final oyunu isə dekabrın 14-də keçiriləcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl