SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start veriləcək.
Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Qeyd edək ki, hər ali məktəb bir komanda ilə təmsil olunacaq. Ümumilikdə, yarışa 44 komanda, 264 tələbə qatılacaq.
Üç turdan ibarət yarışda səsləndiriləcək suallar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və foto materiallar əsasında tərtib olunub.
Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar.
Bilik yarışının yekunlarına görə, I, II və III yeri tutan komandalar mükafatlandırılacaqlar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl