SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb.
Noyabrın 1-də başlayan və 8 gün davam edən yarış Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. Çempionatda 37 şəhər və rayonu təmsil edən 164 şahmatçı 2015-ci ildə keçiriləcək məktəblilərin Dünya və Avropa çempionatlarına vəsiqələr uğrunda mübarizə aparıblar.
6 yaş qrupunda “İsveçrə sistemi” ilə keçirilən yarışlarda hər yaş qrupu üzrə I yeri tutan şahmatçılar 2015-ci ilin 6-15 may tarixlərində Tailandda keçiriləcək Dünya, II yeri tutan şahmatçılar isə 2015-ci ilin 24 iyun-03 iyul tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar. Beləliklə, Respublika çempionatının final mərhələsində Dünya və Avropa çempionatlarında iştirak edəcək 12 şahmatçımız müəyyənləşib (cədvəl).
Final mərhələsinin nəticələrinə görə, I, II və III yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunub. Yarışda fərqlənən hakimlərə isə ”Təhsil” RİM-in “Nümunəvi hakimliyə görə” fərmanı təqdim edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl