SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Akademiya şəhərciyi”ndə "Bakı Elm Festivalı"na start verilib.
Ölkəmizdə ilk dəfə olaraq keçirilən elm festivalının açılış mərasimində çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə 2 gün davam edəcək tədbirin elmi nailiyyətlərin təbliğində önəmli yer tutacağını qeyd edib. Akademiya rəhbəri elmin inkişafı və qarşıda duran vəzifələr barədə də məlumat verib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxışında elmin çox böyük və əhəmiyyətli sahə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün özəl sektorun elmin inkişafına böyük ehtiyacı var, özəl sektor elm ocaqlarından yüksək qabiliyyətli savadlı kadrlar gözləyir.
Təhsil naziri Mikayıl Cabbarovun tədbir iştirakçılarına salamlarını çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Elm Festivalının “Sənaye ili”ndə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, qeyd edib ki, festivalın əsas missiyası müasir elmi biliklərin təbliğ olunması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, tədqiqatlara maraqlarının artırılması, elmlə cəmiyyət arasında dialoqun yaradılmasıdır.
Müasir dövrdə texnologiyaların həyatımızda əhəmiyyətli yer tutduğunu vurğulayan nazir müavini yüksək intellektə malik insanlara tələbatın sürətlə artdığını qeyd edib. Firudin Qurbanov bildirib ki, təhsil sistemi elmin kadr potensialının gücləndirilməsində fəal iştirak edir. Təhsil sistemi həm istehsalın, həm də elm sferasının kadr potensialının yaranmasında əsas həlqədir.
2 gün davam edəcək festivalın birinci günündə proqrama daxil olan istiqamətlərdə Azərbaycan tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ümumilikdə 8 elmi ekskursiya təşkil olunub. Həmçinin AMEA-nın bir sıra strukturlarında, eləcə də, ali təhsil müəssisələrində, paytaxtın 6, 23 və 132-134 nömrəli orta məktəblərində festivalın proqramı çərçivəsində tədbirlər təşkil edilib. Festivalın ikinci günündə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı müzakirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl