• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin,habelə professor-müəllim heyətinin iştirakı ilə “Bayraq yürüşü” keçirilib.

Dövlət Bayrağı Günü ilə əlaqədar  təşkil olunan yürüşdə eyni zamanda  Təhsil nazirliyinin  müxtəlif bölmə və struktur rəhbərləri,millət vəkilləri, ictimai xadimlər də iştirak ediblər.
Bayraq yürüşü Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli bayraq, milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycanın müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyev tərəfindən  dövlət rəmzi kimi təsdiq olunan bu bayraq həm də bizim inkişafımızı,dünyaya açılışımızı simvolizə edir.
 Sonra  500 nəfərdən çox iştirakçının qatıldığı yürüş  Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanında  “Bayraq müzeyi” ilə tanış olub,xatirə fotoşəkili çəkdiriblər. 


10 il əvvəl