• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni dərs ilindən təşkil edilən "Ustad dərsləri" layihəsi çərçivəsində Gürcüstan Dövlət İlia Universitetinin İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri ustad dərsi verib.

Teatrşünas, rejissor, aktyorluq fakultəsində təhsil alan tələbələr üçün "Müasir teatr və özünü ifadə üçün yeni dil" mövzusunda təşkil edilmiş ustad dərsi maraqla qarşılanıb. Professor çıxışında mərhələli şəkildə teatrın yaranması, tarixi, XX əsrdə teatr, yeni aktyorların hazırlanması, teatrın müxtəlif cərəyanlarda keçdiyi inkişaf yolu, onun müxtəlif formalarından, müasir rejissorların yetişməsi haqda ətraflı söhbət açıb.
Xatırladaq ki, "Ustad dərsləri" layihəsində ilk məşğələ sentyabr ayında, İngiltərədə yaşayan həmvətənimiz, caz ifaçısı Səbinə Hacıyeva ilə olub. Növbəti "Ustad dərs"ləri noyabrın 6-da ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun Treninq və Təhsil Komitəsinin vitse-prezidenti Piter Qoldfard, İspaniyanın Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Pastor, noyabrın 7-də isə Böyük Britaniyanın tanınmış teatr rejissoru, yazıçı və bəstəkar Patrik Kunen tərəfindən keçiriləcək.


10 il əvvəl