• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ilk oyunu keçirilib.

“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan bilik mübazirəsində ölkəmizin 15 bölgəsini təmsil edən 30 komandadan daha dördü qüvvələrini sınayıb.
İlk seçim görüşündə “Bərdə” və “Bakı Ali Neft Məktəbi” qarşılaşıblar. Bərabər səviyyədə keçən oyunda qalibi sonuncu sual müəyyənləşdirib. Bu suala düzgün cavab verən “Bakı Ali Neft Məktəbi” 5:4 hesabı ilə irəli çıxıb.
İkinci seçim görüşü “Gəncə” və “Xızı” arasında olub. 2 xal üstünlüklə “Xızı” rəqibini üstələyib.
Beləliklə, 2 oyundan ibarət final görüşündə “Bakı Ali Neft Məktəbi” və “Xızı” qarşılaşıb. Ümumi hesab bərabər olduğundan final qalibi əlavə sualın köməyilə müəyyənləşdirilib. “Bakı Ali Neft Məktəbi”nin kamandası suala düzgün cavab verərək finala çıxıb. Bununla, breyn-rinqin noyabr ayı üzrə ilk qalibi “Bakı Ali Neft Məktəbi” olub. 
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq. Finalda sentyabr, oktyabr, noyabr və dekabr ayının qalibləri qarşılaşacaqlar.
Yarışın qalibi “Bilik kuboku”nu əldə edəcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.


10 il əvvəl