• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri rəsmi səfər çərçivəsində Paris Sorbonna Abu Dabi (PSAD) Universitetində olublar.

PSAD-da keçirilən tədbirdə BŞTİ–nin müdir əvəzi Elnur Əliyev Azərbaycan təhsil sisteminə dair təqdimatla çıxış edib. Çıxışı zamanı Elnur Əliyev Azərbaycanda təhsil sahəsində qazanılan uğurları, bu sahədə gedən inkişaf proseslərini, son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən mühüm işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından bəhs edən Elnur Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışıb. Azərbaycan təhsilinin son illər yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Elnur Əliyev təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlərdə ilk növbədə milli-mədəni dəyərlərin, ənənələrin qorunub saxlanıldığını, eyni zamanda qabaqcıl ölkələrin təhsil sistemlərinin təcrübəsinin öyrənildiyini və müasir tələblərin nəzərə alındığını qeyd edib.
Səfər çərçivəsində ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə müxtəlif mövzularda müzakirələr aparılıb və müəllim hazırlığı və məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq məsələlərinə toxunulub.


10 il əvvəl