• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Dövlət İqtisad Universitetinin komandası “Breyn Rinq” intellektual yarışmasının qalibi olub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Paşa Bank”-ın dəstəyi ilə keçirilən intellektual yarışmada ölkənin qabaqcıl ali məktəblərinin komandaları iştirak edib.
Yarışda Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İqtisad Universiteti, Dövlət Neft Akademiyası, Dillər Universiteti, Bakı Ali Neft Məktəbi və Turizm İnstitutunun tələbələri bilik və bacarıqlarını sınayıblar.
İntellektual yarışma Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin qələbəsi ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin tələbələri isə üçüncü yerə layiq görülüblər.
Qaliblərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.


10 il əvvəl