• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.
İlk öncə qonaqlar İnnovativ Biznes-İnkubatorunun ofisi ilə tanış olublar.
Qeyd edək ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində yaradılmış İBİ-nin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdən ibarətdir. Həmçinin, İBİ çərçivəsində ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulub. Onlar innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master klasların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi digər məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları startap layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov mərasim iştirakçılarını salamlayıb, İnnovativ Biznes-İnkubatorunun fəaliyyətinin uğurlu olacağına inandığını bildirib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatorunun yaradılmasının digər müvafiq layihələrin həyata keçirilməsinə yaxşı bir örnək olacağını qeyd edib. Tələbələr asudə vaxtlarından qazanc əldə etmək məqsədilə daha səmərəli istifadə edə biləcəklər. Tələbələrin işəgötürənlərlə əlaqələrinin əsası qoyulacaq, tərəfdaşlıq münasibətləri təşəkkül tapacaq və onlar birgə əməkdaşlıq təcrübəsi qazanacaqlar. Eyni zamanda tələbələr əldə etdikləri nəzəri bilikləri tətbiqi bacarıqlarına yiyələnəcək və gələcəyin sahibkarı kimi formalaşacaqlar.
Ali məktəblərdə tətbiq olunan tədris proqramları və SABAH qruplarının yaradılması haqqında fikirlərini söyləyən nazir yaxın perspektivdə universitetlərin texnoparklarının yaradılmasının zəruriliyi məsələsinə də toxunub.
Gənclər və idman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunu həm gənclərin məşğulluğunun təmin olunması, həm də onların ilkin sahibkarlıq fəaliyyətinə başlaması üçün gərəkli olduğunu nəzərə çatdırıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev sosial layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Bu baxımdan gənclərin praktik inkişafına təkan verən İnnovativ Biznes-İnkubatorunun yaradılması təqdir olunmalıdır.
İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə ilk dəfə ADİU-nun nəzdində yaradılmış İBİ-nin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Daha sonra ADİU-nun tələbələri İBİ çərçivəsində hazırlanmış startap layihələrini təqdim ediblər.


10 il əvvəl