• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkmənistanın Türkmənbaşı şəhərində “Avaza” Milli turizm ərazisində MDB-yə üzv dövlətlərin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib.

Festivalda Azərbaycan “Təhsil” Respublika İdman Mərkəzinin 23 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. 
Festivalın açılış mərasimində Türkmənistanın idman naziri və festivalın Təşkilat Komitəsinin sədri, fiqurlu konkisürmə üzrə dəfələrlə Avropa və dünya çempionu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı İrina Rodnina çıxış edərək idmançıları festival münasibətilə təbrik ediblər.
Tədbir çərçivəsində mini futbol, çimərlik voleybolu, stolüstü tennis, şahmat və basketbol idman növləri üzrə yarışlar keçirilib. Azərbaycan nümayəndə heyətində təmsil olunan Mətin Həsənzadə stolüstü tennis üzrə fərdi yarışda 3-cü yeri tutub. Tanınmış şahmat ustalarının qatıldığı yarışda isə Azərbaycan komandası 5-ci yerə yüksələ bilib.


10 il əvvəl