• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali məktəblərin yığma komandaları arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü il üçün Azərbaycan çempionatı keçirilib.

Azərbaycan və rus dillərində keçirilən oyunlarda 52 komanda iştirak edib.
Yarış Təhsil Nazirliyinin təşkilati və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi iləAzərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunub.
Çempionatın keçirilməsində məqsəd gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtının səmərəli təşkilinin təmin olunmasıdır.
Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, Gənclər Fondunun və Azərbaycan İntelektual Klublar Assosiasiyasının rəsmiləri iştirak ediblər. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov tədbir barədə məlumat verərək bu layihənin gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcəyinə, tələbələrin əldə edə biləcəkləri nailiyyət onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bildirib.
Yarışda Azərbaycan bölməsi üzrə 28 komanda, rus bölməsi üzrə 24 komanda iştirak edib. 6 nəfərdən ibarət komandalar 4 turdan ibarət turnirin qalibi olmaq uğrunda mübarizə aparıblar. Komandalar sualları yazılı qaydada cavablandırdıqdan sonra qaliblər müəyyənləşdirilib. Azərbaycan dili bölməsində ilk yerin sahibi HİT olub, rus dili bölməsi üzrə qalibl isə İçərişəhər komandası olub. Qalib komandalar kubok və medallarla mükafatlandırılıb.


10 il əvvəl