SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 10-da Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri öz işinə başlayıb.
Dünyanın 20 ölkəsindən 122 iştirakçının qoşulduğu sərgiyə Təhsil Nazirliyi SABAH qruplarına aid materialların nümayiş olunduğu pavilyonla qatılıb. Ölkəmizin 10 ali təhsil müəssisəsi də sərgidə iştirak edir.
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu gün Azərbaycanda insan kapitalının inkişafı üçün dövlət, özəl sektor və təhsil ocaqları bərabər çalışır, əməkdaşlıq imkanlarını artırırlar. Bu baxımdan beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri təhsil müəssisələri, biznes dünyası və gənclər arasında dialoqun yaradılması, yeni ideya və layihələrin təqdim edilməsi, səmərəli müzakirələr aparılması üçün geniş imkanlar açır. Ceyhun Bayramov sərgi çərçivəsində təhsil sahəsində reallaşdırılan müxtəlif layihələrin təqdimatlarının keçiriləcəyini də bildirib. Bunlardan biri SABAH qrupları ilə bağlıdır. Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunan SABAH qruplarının yaradılmasının qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətindən irəli gəldiyini vurğulayan nazir müavini qeyd edib ki, bu qruplarda təmsil olunan tələbələr inkişafın Azərbaycan modelinin tətbiq imkanlarını yeni universitet alqoritmi ilə sabaha daşımalıdırlar.
Bu il “Karyera” sərgisi müstəqil layihə kimi və yeni brend altında təşkil olunur. Burada 22 şirkət bank işi, neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri, energetika, satış və marketinq, su resursları, qida və kənd təsərrüfatı sektorlarında iş vakansiyalarını təklif edir. İştirakçılar sırasında olan “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən də böyük idman bayramı çərçivəsində həyata keçiriləcək işlərlə bağlı vakansiyalar təqdim olunub.
Sərgi iki gün davam edəcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl