• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının sentyabr ayı üzrə qalibi müəyyənləşib.

 “Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan oyunda əvvəlcə sentyabr ayında keçirilmiş 3 oyunun qaliblərinə – “Kapital bank”, “Norm sement” və “Ağdaş”a rəqib olacaq komanda seçilib. Bu məqsədlə finala çıxmamış komandalar arasında şans oyunu keçirilib və “Romantik” bu oyunda qalib gəlib. Beləliklə, 4 komanda sentyabr ayının finalçısı olmaq uğrunda mübarizəyə başlayıblar.
İlk görüş “Romantik”lə “Kapital bank” arasında baş tutub. Gərgin mübarizə 5:4 hesabı ilə “Kapital bank”ın xeyrinə başa çatıb. İkinci seçim görüşündə isə “Norm sement” “Ağdaş”ı böyük xal fərqi ilə məğlubiyyətə uğradıb.
Final görüşü çərçivəsində keçirilən 2 oyunda “Kapital bank” və “Norm sement” birincilik uğrunda mübarizə aparıblar. Hər iki oyunda “Kapital bank” üstünlüyünü qoruyub və sentyabr ayının finalçısı adını qazanıb. Bununla, “Bilik kuboku” yarışı üzrə mövsümün finalında oynayacaq ilk komanda müəyyənləşib.
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq və burada sentyabr, oktyabr, noyabr və dekabr ayının qalibləri qarşılaşacaqlar. Yarışın qalibi “Bilik kuboku”nu əldə edəcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 


10 il əvvəl