• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsini elan edir.

 Müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi,
- təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi;
- “peşəkar müəllim” obrazının yaradılması;
- müəllim peşəsinin nüfuzunun artırılması;
- ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması;
- peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması;
- gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir.
Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim olunmalıdır. Müsabiqə elanına yüksək bal toplayan və ucqar kənd məktəblərində yeni fəaliyyətə başlayan müəllimlərin siyahısı əlavə edilib. Süjetlərin qəhrəmanları siyahıda göstərilən müəllimlər olmalıdır.
Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müəllif efir materialının televiziyada nümayiş olunmuş variantını DVD diskə köçürərək Təhsil Nazirliyinə təqdim etməlidir.
Müsabiqə ilə bağlı yaranan suallara tvmusabiqe@edu.gov.az elektron poçt ünvanına sorğu göndərməklə və ya 4969490 nömrəli telefona zəng etməklə cavab almaq mümkündür.
Müsabiqənin nəticələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.  


10 il əvvəl