SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsildə uğur qazanan tələbə və şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib.
Sentyabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2013-2014-cü tədris ilində təhsildə uğurlu nəticələr qazanan ali məktəb tələbələrinə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdü verilib.
Bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, təhsildə uğur qazanan tələbə və şagirdləri təbrik edib.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində həmkarlar ittifaqı təşkilatlarının reallaşdırdıqları tədbirlərdən bəhs edən S. Mehbalıyev bildirib ki, rəhbərlik etdiyi Komitə tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatlarının yaxşılaşdırılması ilə bağlı işlər görülür.
Qeyd edilib ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Təkcə 2013-2014-cü tədris ilində bu işin təşkil ilə bağlı 55 min 500 manat vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis edilib. İndiyədək 1700-dən artıq tələbə bu təqaüdə layiq görülüb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə fərqlənən tələbə və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan nazir müavini ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Yay imtahan sessiyasında uğurlu nəticələr qazanan və həmkarlar ittifaqı təşkilatlarının işində fəallıq göstərən 60 tələbəyə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan 20 şagirdə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.
AzərTAc
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl