SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq yarışlarının növbəti - üçüncü oyunu keçirilib.
“Baku Crystal Hall”da təşkil olunan və “AzTV” kanalı ilə yayımlanan oyun sentyabr ayının üçüncü finalçısını müəyyənləşdirib.
Üçüncü seçim oyununun ilk görüşü “Şəki” və “Ağdaş” komandaları arasında olub. Ağdaşlılar daha güclü çıxış edərək şəkililəri 5:1 hesabı ilə üstələyiblər.
İkinci görüşdə “Naxçıvan” və “Siyəzən” komandaları yarışıblar. Oyuna uğursuz başlayan komandalar bir neçə sualı cavablandıra bilmədiklərindən yarışdan kənarlaşdırılıblar.
Final görüşlərində “Ağdaş”ın rəqibini müəyyənləşdirmək üçün müxtəlif komandaların oyunçularının iştirakı ilə şans oyunu keçirilib. “Parabellum” komandası şans oyununun qalibi olub.
İlk final görüşündə “Ağdaş” birinci rəqibinə 5:1, ikinci final görüşündə isə 5:4 hesabı ilə qalib gəlib və sentyabr ayının final oyununda iştirak etmək hüququ qazanıb.
Beləliklə, “Bilik kuboku” uğrunda breyn-rinq yarışları çərçivəsində keçirilən 3 oyun nəticəsində sentyabr ayının final görüşündə oynayacaq 3 komanda müəyyənləşib. Bunlar birinci oyunun qalibi olan “Norm sement”, ikinci oyunun qalibi “Kapital bank” və üçüncü oyunun qalibi “Ağdaş”dır.
Ölkəmizin 15 bölgəsini təmsil edən 30 komandanın iştirak etdiyi yarışa Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin sponsorlar dəstək göstərir. Oyunlar ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl