SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 18-də Təhsil Nazirliyinin dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Marionet” teatrı Bakının Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində “Arşın mal alan” operettasını nümayiş etdirib.
“Milli Musiqi Günü” münasibətilə hər il ənənəvi olaraq keçirilən və sentyabrın 20-dək davam edən bu aksiyada internat məktəbinin şagirdlərinə hər gün iki tamaşa göstəriləcək. Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbinin şagirdləri ilə yanaşı Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 nömrəli tam orta internat məktəbləri, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi və 1 nömrəli Ailə tipli kiçik qrup evinin şagirdləri iştirak edir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən başlayaraq 18 sentyabr ölkəmizdə “Üzeyir musiqi günü” kimi qeyd edilir. Həmin dövrdən başlayaraq musiqi xəzinəmizin dünyada tanıdılması istiqamətində aparılan işlər artıq öz bəhrəsini verməkdədir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər öz miqyası ilə seçilir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının 100 illik yubileyinin YUNESKO-nun 2012-2013-cü illər üçün “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi bunun bariz nümunəsidir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl